adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: DƏRD DEMƏYƏ KİMSƏMİZ YOX

ƏBÜLFƏT MƏDƏTOĞLU
50887 | 2018-10-24 17:08

Öncədən deyimki, barəsində fikirlərimi yazmaq istədiyim şeirlərin müəllifini üzbəüz heç vaxtgörməmişəm. Ola bilsin hansısa bir tədbirdəqarşılaşmışam. Amma şəxsi tanışlığımızyoxdu. Sadəcə olaraq, mən 80-ci illər ədəbi nəslinə aid olan və imzası da yetərincətanınan Fəxrəddin həkimi sözünə görə tanımışam. Bu arada "həkim"sözünü ona görə xüsusilə vurğulayıram ki, Azərbaycanda söz dünyasında özimzasını oxucuya tanıdıb sevdirən həkim şairlərimiz say baxımından bir xeylivar. Onların arasında mənim dostum Paşa Qəlbinur, eləcə də bu kitabın redaktoruTofiq Nurəli və digərləri oxucuların həmişə diqqət mərkəzində olublar. Bax, bumənada ixtisasca həkim olan və Masallıda yaşayıb-yaradan Fəxrəddin Ziyainsanlara həm cismani baxımdan, həm də mənəvi baxımdan xidmət göstərir, şəfalı əlləriləmüalicə edir, kövrək qələmiylə onların duyğularını, hisslərini kökləyir, həyateşqlərini, yaşam istəklərini artırır. Və demək olar ki, şeirlərinin bir çoxundada həmişə ixtisasca həkim olmasından, həkimlik peşəsindən sevgiylə, sayqıylasöz açır. 

Və bildirir ki:

Mən səninyolunda ömrümü qoydum

ay ümman sənətim,ay hikmət peşəm.

Sənə vurğunluqdaiftixar duydum,

təki bu dəryadanbir damla içəm.


Sən mənim gözümdəən uca adsan,

qəlbimdə istəksən,başımda tacsan.

Ən acı həddə dəbir şirin dadsan,

sən şəfa verəndəyaşamaq asan.


"Həkimlikpeşəmə" adlanan bu şeirdə Fəxrəddin Ziya öz işinin ən önəmli cəhətlərini, əndiqqət çəkən cizgilərini poetik dillə, şair qələminin gücüylə oxucuya elə təqdimedir ki, şeiri oxuduqca həm şairinözünün təqdimatına, həm də bu sənətdən aldığı zövqə inanırsan. Və üstəlikdə qələm sahibinin öz peşəsini digərlərindən üstün tutmadığına, hər bir peşəyəsayqıyla yanaşdığına da şahid olursan. Ümumiyyətlə, şair-həkimin və yaxud da həkim-şairinbir müstəvidə, bir nöqtədə dayanıb insanlara həm biliyi, həm də ürəyi iləbaxması çox təqdirəlayiqdi. Bunu öz şeirlərində Fəxrəddin Ziya da etiraf edir.O, "Həkim şair" şeirində yazır:


Həkimlik peşələriçində inci,

loğmanlar buyolda ad qoyubdular.

Sənət meydanındaşair birinci,

burda nəsimilərsoyulubdular.


Həkim bir müqəddəsyolun yolçusu,

insanı nütvədənöyrənən odur.

Qanında zərrəcəvarsa duyğusu,

həkimşair olur, nəğməkar olur.


Şairlikilahi qüdrətdir, onun

nəbənzəri vardır, nə bərabəri.

Duyanürəklərdə, sevən qəlblərdə,

ucadır,əzizdir şairin yeri.


...Kaş bütün şairlər həkim olaydı,

insanıöyrənə bilsin büsbütün.

Kaşəksər həkimlər şair olaydı

Duyğunuağrıdan ayırmaq üçün.


Mənəelə gəlir ki, kiçik bir parçasını təqdim etdiyim bu şeirdəki təkcə ifadə tərzi,təkcə şeirdəki obrazlar deyil, bütövlükdə mənzərənin özü və bu mənzərəyəyanaşmanın da şeirləşməsi artıq Fəxrəddin Ziyanın oturuşmuş qələminin nəyəqadir olduğunu göstərir. Bu həm də həkim-şairinsözü cilalamağı, onu oxucuya çatdırmağı, lap bir az da açıq desəm, xəstəsinə dərmanıbal kimi içirtməyi kimi bir şeydir. Bunun da mayasında, kökündə təbii ki, FəxrəddinZiyanın zəngin mütaliəsi, sözlə işləmək peşəkarlığı və bir də həssas duyğuları,ruhu dayanır. Yəni o, sözün üstündə şeh olmasına, tər çiçək kimi qoxumasınaçalışır və buna da nail olur.

Onagörə də hətta o, sevgi notları üstündə danışanda da, kədərə üz tutanda daözlüyünü, yəni Fəxrəddin Ziya ruhunu qoruyub saxlaya bilir. 

Şair yazır:

Hərdəndiqqətsiz anımı

Dərdeləmə, dərdin alım.

İstəsənverrəm canımı,

Dərdeləmə, dərdin alım.


Oğrun-oğrun,xumar-xumar

Hərbaxanda içim yanar.

Təkmənəmmi qəlbi qubar,

Dərdəeləmə, dərdin alım.


...Arzu gözümdə qaxsıdı,

Ümidqəlbimdə axsadı.

Bəlkədə belə yaxşıdı,

Dərdeləmə, dərdin alım,

Dərdeləmə, dərdin alım.


Gətirdiyimbu nümunədə də Fəxrəddin Ziya təkcə üz tutduğu doğmasına, həmsöhbətinə yox, həmdə biz oxuculara da öz çevrəsini, öz həkim-şair dünyasını bir növü sərgiləyir.Bu sərgidə onun təkcə özəl dünyası yox, bütövlükdə məmləkətin coğrafiyasıcanlanır. Bizim hər birimizin nələr yaşayıb nələrdən keçdiyimiz poetik şəkildəsıralanır və bütün bunlara görə də şair bizə dərd etməməyi, üstəlik, həmsöhbətinin,doğmasının dərdini almağa hazır olduğunu dilə gətirir. Buradan da şəxsən mənbelə nəticə çıxarıram ki, Fəxrəddin Ziya təkcə öz həkimliyinə, öz şair Məninəsığınıb qalmır. O, ətrafı da, cəmiyyətidə, coğrafiyanı da görür, onlarla həmfikir olur, onlarla dərd bölüşür.

Söylədiyimfikirlərin davamı kimi başqa bir şeir nümunəsini də ortaya qoyuram. Bu da hərbirimizin müşahidə etdiyi, hər birimizin artıq cəmiyyətin probleminə çevrilməkdəolan insani münasibətidi. Burada söhbət valideyn-övlad qarşılaşmasından,onların birgə yaşayışından gedir. Təəssüfki, bu gün atılan, qocalar evi umuduna qalan kifayət qədər atalar, analar,babalar, nənələr, uşaq evlərinə verilən körpələr var. Bax, Fəxrəddin Ziya buproblemi ürəkağrısı ilə dilə gətirir və yazır ki:


AmanAllah, nə sitəmdi qocalar çəkir,

Bucür dərdə nə baş dözər, nə ürək dözər.

Qaçqınlar,köçkünlərin gününə şükür,

Övlad,nəvə didərgini olmaqdan həzər.


Biryerdə ki, valideynə ehtiram olmaz,

Batsıno yurd, uçsun o ev, sönsün o ocaq.

Vətənədə vətəndaş yox, ləkədi ancaq,

Anasına,atasına xor baxan alçaq!


Mənbu şeiri təkcə poetik nümunə kimi yox, həm də bir ürək ağrısı, həm də birharay, həm də bir küfr kimi qəbul edirəm. Böyüyə ehtiramsızlığa, sayğısızlığa,sevgiyə küfr kimi görürəm. Bunun başqa bir adını indiki anda tapmaq çətindir.Çünki bu ağrının Fəxrəddin Ziya qaçqının, köçkünün faciəsindən də betərolduğunu çox məharətlə qələmə alıbdı. Axı qaçqın, köçkün müharibənin, düşməninfitnələrinin, mərmilərinin qurbanıdı. Qocalar evinə, körpələr evinə verilənlərisə itirilən insanlığın qurbanlığıdı. Ona görə də şairin bu cür insanların vətəndaşvə hətta vətən daşı olmaq hüququna iddialı olmasına etiraz edir, barışmır buiddia ilə, bu istəklə.

Şairburda həm də bir söz adamından çox ziyalı kimi çıxış edir. O, övladın ata-anaqarşısındakı borcunun müqəddəsliyini dilə gətirir.

Zənnimcə,bu həm də tərbiyə edir, indiki işlək dilimizdə desək, mesaj verir, ismarıcverir.

Deməli,hər bir sözün, hər bir fikrin arxasında konkretlik, eyni zamanda ürək və ağıldurursa, onda söz də çəkili olur, sanballı olur. Bax, Fəxrəddin Ziya da özşeirlərini məhz bu tutumda, bu biçimdə bizlərə təqdim edir. Heç də təsadüfideyil ki, onun barəsində fikir söyləyən filologiya elmləri doktoru, professor,tənqidçi Vaqif Yusifli yazır ki: "Fəxrəddin Ziya çox həssas şairdi və bu həssaslıqo qədər güclüdür ki, şair yaşadığı dövrün, dolaşdığı, təmasda olduğu mühitin müəyyənqüsurlarını, insanların bir-birinə münasibətindəki mənfilikləri, cəmiyyətdə,ictimai-siyasi həyatda yaranan xaos hərc-mərcliyi çox əziz sandığı şeirindən dəgizlədə bilmir".

Düşünürəmki, mənim də bu və ya digər formada ifadə etdiyim fikirlərin yığcam, dahadolğun şəklini məhz hörmətli Vaqif müəllim Fəxrəddin Ziya barəsində qələməalıb.

Doğrudur,bu gün sözlə nəfəs alan, sözlə yaşayan, sözü həyatının ifadəsinə çevirən kifayətqədər şairlərimiz, yazıçılarımız var. Vəhətta xalq arasında da, ictimaiyyətdə də şairlərin çoxalması barəsində fikirlərdə səslənilir. Amma bu, heç dəhəqiqi şeirin, həqiqi şairin çoxluğu, artımı deyil. Buna görə də toxunduğummövzunu ustalıqla qələmə alan Fəxrəddin Ziya yazır ki:


Haçandır ortadagəzir söz-söhbət,

Susurxiridarlar, meyar hardadır?

Şairlər çoxalır, söyləyir xilqət,

Şairin çoxluğu təşvişyaradır.


Xalqına töhfədirhər şair "mən"i,

Şairdən elinə gəlməzki, xətər.

Yurdun əsrarəngizgözəlliyini

Kimsə vəsf etməmişşairlər qədər.


... Yetər, birsöz desin əbədiyaşar,

Təki ömür-günüötməsin hədər.

Şairə sənətdə həmişəyer var,

Cənnətdə möminəyer olan qədər.


Bu şeirdə də FəxrəddinZiya sözə ürəyinin şirəsini, ürəyinin bütün yaşamını hopduranları, yeni sözyaradanları alqışladığı kimi, şairliyi özünə bir nam kimi, nişanə kimi götürənləridə unutmur. Və vurğulayır ki, söz dünyası həm də bir ələkdi. Orda həqiqi söz, həqiqişair qalacaqdır. Həqiqi sözün, həqiqi şairlərin də yeri möminlərin yeri kimi Cənnətolmaqla yanaşı, bir də oxucu ürəyidi.

Şeir kitablarıilə baş-başa qaldığım Fəxrəddin Ziyanın misraları arasında mən onun səmimiyyətinində şahidi oldum.

Oxuduğum şeirlərdəaydın şəkildə görüb və qəbul etdiyim nəticə bu oldu ki, Fəxrəddin Ziya mövzudalınca qaçmır, mövzu axtarmır. O, yaşadığını, duyduğunu və bir də müşahidələriniyazır. Ona görə də özünün dediyi kimi o sızıldamır, o ağlamır. O, sözü yaradır,sözü dünyaya gətirir.


Mən şeirimdəsevgim qədər qısqancam,

Köçürmürəm hərduyğunu kağıza.

Ya qanımla bəslədiyimmisranı,

Ya qəlbimdənqopan sözü yazıram.


... Mən dünyayasöz gətirdim özümlə,

Söz zinətdi, zəriflikdigözümdə.

Görsəm sözə yükoluram sözümlə,

Ayağımdanasılmağa hazıram.


Sizinlə fikirlərimibölüşüb, misralarına işıq salmağa çalışdığım şair Fəxrəddin Ziya şeirlərində mənimdə qəlbimi oxuyub və yazıb ki:


Məmləkətinhaqsızı çox,

Anlamayır biracı tox.

Dərd deməyə kimsəmizyox,

Bu boz üzlərarasında.


Məncə ömrünün önəmlimərhələsinə qədəm qoyan Fəxrəddin Ziyanın söz dünyası hələ demədiyi, bizə söyləmədiyifikirlərlə qol-boyun qalmaqdadı. Zaman, məqam gözləyir ki, misralanıb bizoxucuların qapısını döysün.

TƏQVİM / ARXİV