ANA SƏHİFƏ / ƏDƏBİYYAT

"XARIBÜLBÜL NƏĞMƏLƏRİ"

2003    |   2018-10-24 17:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə "Azərnəşr" tərəfindən unudulmaz və söz-şeir dünyamızda öz dəsti-xəttini, öz izini, öz möhürünü hopdurub Tanrı dərgahında yer tutmuş Şahmar Əkbərzadənin kitabı işıq üzü görüb. Həmin kitabın nəşrinə Anar Eldaroğlu dəstək verib. Kitabın ön sözünün müəllifi və naşiri isə dəyərli Əlövsət Ağalarovdu. Yüksək poliqrafiya nümunəsi kimi işıq üzü görmüş bu kitab Şahmar Əkbərzadə poeziyasının vurğunları üçün, onun sözünün sorağında olanlar üçün çox böyük bir hədiyyədir.

Əlövsət Ağalarovun "Çılğın şairin müdrik poeziyası" adlı ön sözündə vurğulandığı kimi, "Şahmar nurlu bu kitabı əziz balanız kim əzizləyə-əzizləyə oxumağınızı istərdim. Düşünürəm ki, ürəyinizcə olacaq və demək ki, Şahmarın narahat ruhu bir azca rahatlanacaq!". Elə həmin fikirlərə qoşularaq mən də vurğulamaq istərdim ki, şəxsən tanıdığım, həyatımda önəmli yeri olan, xeyir-duasını dinlədiyim, poeziyasını sevə-sevə ruhuma hopdurduğum Şahmar Əkbərzadənin bu kitabı əsl stolüstü kitaba çevriləcək. Buna mən əminəm. Ona görə də kitabın bizlərə hədiyyə olunmasında xidməti olan hər kəsə öz oxucu təşəkkürümü çatdırıram. Və "Ədalət"in oxucularını Şahmar Əkbərzadənin cismən bizlə olmadığı bu gündə görüşümüzə gələn "Xarıbülbül"ün nəğmələrini soraqlamağa, axtarıb, tapıb oxumağa səsləyirəm.

Əbülfət MƏDƏTOĞLU




İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK