adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Oktyabr 2018 16:59
6478
MƏMLƏKƏT
A- A+

Bölgələrdə marşrut xətləri üzrə avtobusların yenilənməsinə start verildi

Bölgələrdə müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi prosesinə start verilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə istinadən məlumat verir.

Dövlət Xidmətinin avtomobil parkının yenilənməsinə dair daşıyıcılara ünvanladığı müraciət əsasında müntəzəm marşrut xətləri üzrə avtomobil parkının yenilənməsi prosesinə start verilib.

Belə ki, Quba şəhərdaxili 1 saylı marşrut xəttində mövcud 15 ədəd "Hyundai County" markalı avtobuslar yeni "İsuzu" markalı avtobuslarla əvəz edilir.

Qeyd edək ki, oktyabrın 25-dən həmin marşrut xətti üzrə 5 yeni avtobus sərnişinlərin xidmətində olacaq.