adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Oktyabr 2018 15:04
11711
KRİMİNAL
A- A+

"Quli" soyadını dəyişdi - Artıq o, Səlifov deyil

Bu ayın 8-də İstanbulda saxlanılmış, 18-də azad edilmiş, 22-də isə yenidən tutuqlanmış "Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun barəsində yeni məlumatlar var.

Adalet.az xəbər verir ki, bu barədə Musavat.com-a Türkiyədə yaşayan etibarlı mənbə məlumat verib. Bildirilib ki, "Quli" İstanbula yerləşdikdən sonra rəsmi qaydada soyadını dəyişməklə yeni sənədlər əldə edib. Yeni sənədində o, soyadını "İsmayılov" kimi qeyd etdirib.

22,5 il Azərbaycanda həbsdə yatmış, barəsində minlərlə yazı yazılmış "Quli"nin bu addımı atmasının səbəbi, güman ki, beynəlxalq marşrutlarda hərəkət edərkən, bir ölkədən başqa ölkəyə keçərkən sərhədlərdə problem yaşamamasını istəməsi üzündən olub.

Nadir İsmayılovun sənədindəki bu yenilik onun oktyabrın 18-də İstanbul 2-ci sülh-cəza məhkəməsində aparılan mühakiməsi zamanı bəlli olub.

Onun məhkəməyə verdiyi ərizədə ad-soyadı "Nadir İsmayılov" kimi qeyd olunub. Nadir İsmayılovun vəkili Emin Canacankatan müvəkkilinin dərhal azad edilməsi üçün ərizə verib və ayın 18-də N.İsmayılov sərbəst buraxılıb.

İndilikdə N.İsmayılovun oktyabrın 22-də yenidən saxlanılmasının səbəbi bilinmir.

Ancaq böyük ehtimalla bu, əvvəlki ittihamlarla bağlıdır.