adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Oktyabr 2018 14:24
6703
GÜNDƏM
A- A+

HÖRMƏTLİ YAQUB MAHMUDOVA XIRDA BİR TƏKLİF!

Hörmətli professor! Bu günlərdə ermənilər Pənah xanın tikdirdiyi Xankəndinin adının dəyişdirilib Şaumyanın şərəfinə Stepanakert qoyduqlarının 95 illiyini təntənə ilə qeyd etdilər, heykəlini əklil yağışına tutdular, xarici ölkələrdən də xeyli qonaq-qara çağırmışdılar. Yəni bayram elədilər.

Bu il Pənah xanın özülünü qoyduğu Qarabağ xanlığının 270 ili tamam oldu. Demirəm, böyük bir bayram-filan eləyək, heç olmasa rəhbərlik etdiyiniz Tarix İnstitutu bununla bağlı bir konfrans keçirə bilər. Bu məsələyə siz necə baxırsınız?