adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

ABDAL QASIM: ŞUŞAYA GETMƏYİN SİVİL YOLU

8348 | 2018-10-25 10:00

Əzizvə hörmətli kəndçim Aqil Abbas!

Nəvar, nə yox… Evdə-eşikdə? Bizdə belə də, bir təhər.

Aykəndçim, o gün qəzetdə yazmısan ki, Şuşayanə təhər getmək olar. Oxudum, sənin yazdığın xoşuma gəlmədi.Sənin dediyin Əbdürrəhim bəyin yoludu.Bunun üçün gərəkdi ki, Yevlaxdan birfayton (pardon) «Taxı» tutasan, gələsənBərdəyə. Ordan da gələsən bir gecəQərvənddə pəncərələri şüşəsiz mehmanxanalarınikinci mərtəbəsindəki bir otaqda ağcaqanadlara«qonaq» olasan. Sonra Ağdam, sonra sən deyənlərbaşlayır...

İndibiz bu yolu sən deyən yerlə getsək, ayrımillətlər bizə gülərlər və elə bilərlər ki, biz «obrazovannı»deyilik. Mən məsləhət bilirəm və Qaçay müəllimin də ağzını aramışam, o da məsləhətbilib ki, biz gərək Şuşaya bu sayaqgedək.

Əvvəlcəgəlirsən poyuz vağzalına, tay vağzalın içinə girmirsən, görəcəksən ki, orda çoxluavtobus dayanıb. Üstünə Qazax yazılan qırmızı «Ekarus»u tapırsan. Minib gedirsən Qazaxa. Ordan da bir dənə «Taxı» tutursan,gəlib çıxırsan Sınıq körpününyanına. Gözləyirsən, gözləyirsən, Tiflis avtobusu gəlir, əyləşib gedirsənTiflisə. Aeroportun yanında düşürsən, Paris təyyarəsinə bilet alırsan, gedirsən Parisə. Burda çox gözləmirsən, əlüstübilet alırsan uçursan Vaşinqtona. VaşinqtondanBonna iki reys var. Biri gündüz uçur, birigecə. Gecə uçan təyyarəyə minib səhər ertə olursan Bonnda. Orda diş doxturu soydaşımız Firəddingildəbir sutka qalırsan. O sənə adres verir, gəlirsən Ankaraya. Əgər bərk yorulmusansa, Firəddin verən adresdə iki gün atdıxat eləyirsən, yox, əgər həvəsin varsa bir gündən sonra biletalıb uçursan Moskvaya. Moskvaya düşən kimi uçuş olsa, lap yaxşı, uçursan. Üç saatdansonra olursan bizim Yerevanın «Zvartnos»unda.Ordan da gəlirsən avtobus vağzalına. Vağzaldaayaqüstü kabab satırlar. Bir şiş alırsan, ehtiyatlı ol, birdən donuz əti olar, müsəlmanlıqdan çıxarsan. Yüz də tut arağı vurursan ki, avtobusda yata biləsən. Yoxsa ermənilərin vırt-furtu başını ağrıdacaq. Gorus avtobusunabilet götürürsən. Elə ki Gorusa çatdın,istəsən gələrsən Curmuxa. Yox, Curmuxdangərək çerez Kəlbəcər gələsən, uzaq düşür. Düzdür, çox rahat yol çəkiblər,amma hər halda o yol uzaqdı. Laçın yolu rahatdı. Gorusdan Şuşaya darahat avtobuslar işləyir, yol da şüşəkimi. Onlardan birinə əyləşib iki saatdansonra vird olursan Şuşaya.

Bizimdediyimiz sivil yolla Şuşaya getmək istəyənlər yaddan çıxarmasınlar ki, lap siftəbir-iki ay öncə Bakıda poyuz vağzalına gələcəklər ha, bax, onda gərəkdir ki,bileti tuda i obratnı alsınlar. Belə rahatdı,həm də ucuz başa gəlir.

Buyolun bir üstünlüyü də odur ki, Parisdə ATƏT-in həmsədriilə görüşə bilərsən, bir az dərdləşə bilərsən, bir az fransız konyakı vura bilərsən.Vaşinqtonda da ATƏT-in ordakı həmsədri iləbir az viski içə bilərsən, Şuşanı bizə qaytardıqlarına görə təşəkkür edə bilərsən.

Ankaradada türk qardaşlarımızla rakı içib bir azağlaşa bilərsən. Moskvada da ordakı həmsədrlə bir az «vodka» vurub bizim salamımızı çatdıra bilərsən.

Mənimməsləhət gördüyüm yol həm də diplomatiyamıza bir töhfə olar.


TƏQVİM / ARXİV