adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
24 Oktyabr 2018 14:07
12288
İDMAN
A- A+

Ronaldo 2 milyon avroluq saatını göstərmək üçün bolluca su içdi

Ronaldo 2 milyon avroluq saatını göstərmək üçün bolluca su içdi

Dünyaca məşhur futbolçu Cristiano Ronaldo dünən qatıldığı bir mediya toplantısında qolundakı saatla bütün diqqəti öz üzərinə çəkdi. Saatı gözə soxmaq üçün enerji sərf edən futbolçu bol-bol su içməklə buna nail oldu. O qədər su içdi ki, az qala qusacaqdı.

Yuventusun ulduzu Ronaldo bir əli ilə su stəkanı tutur, bir əlini də dəqiqəbaşı qaldıraraq danışırdı. Əlini dəqiqəbaşı çənəsinə qoydu və bütün hərəkətlərilə gündəm mövzusu olmağı bacardı.

Ronaldonun bu qədər gözə soxmağa çalışdığı saat xüsusi bir kolleksiyaya aiddir. Qiyməti 2 milyon avroya yaxındır.