AZƏRBAYCAN RESPUBLiKASININ PREZiDENTi, ZATi-ALiLƏRi iLHAM ƏLiYEV CƏNABLARINA!

AQİL ABBAS
28430 | 2007-03-20 01:57
Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə bu əziz gündə uzun ömür, can sağlığı, Azərbaycanın gələcəyi naminə və Azərbaycanın bütövlüyü naminə apardığınız mübarizədə daha böyük başarılar diləyirik!
   
   Möhtərəm Prezident!
   
   Novruz dünyanın doğuluş günüdür, Tanrı bəşəriyyəti məhz bu gün yaratmışdır. Bu həm də bizim millətin doğuluş günüdür, Tanrının millətimizi yaratdığı gündür. Ona görə də Novruz bizim millət üçün daha müqəddəsdir. Bu bayram bizim qanımıza, iliyimizə, ruhumuza işləyib. Uzun müddət bu bayram rəsmi olaraq yasaq edilib. Amma Ulu Öndərimiz Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra xalqımız bu bayramı Bahar bayramı kimi qeyd etməyə başladı. Ulu Öndərin hakimiyyətə ikinci qayıdışından sonra Novruz rəsmi dövlət bayramına çevrildi. Ulu Öndər xalqı öz müqəddəs bayramına, müqəddəs bayramı da xalqa qovuşdurdu.
   
   Möhtərəm Prezident!
   
   Siz Ulu Öndərin həm siyasi varisi, həm də çox layiqli davamçısı kimi bu müqəddəs bayrama daha bir təravət, daha bir gözəllik, daha bir rövnəq verdiniz. Xalqımızın bu müqəddəs bayramını digər bayramlardan fərqləndirdiniz, daha çox önəm verdiniz və xalqın bu bayramı daha təmtəraqlı, daha gözəl keçirməsi üçün Novruz bayramı günlərini beş günlük istirahət günü - qeyri-rəsmi iş günü elan etdiniz. Xalqın ürəyindən xəbər verən bir fərmana imza atdınız.
   
   Möhtərəm Prezident!
   
   Sizin apardığınız xarici və daxili siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir, dünyada söz sahiblərindən birinə çevrilir. Torpağın, odun, səmanın, suyun yarandığı bu müqəddəs gündə Sizə və ailənizə xoşbəxtlik diləyir və Sizi - 50 milyonluq Azərbaycan xalqının prezidentini bir daha ürəkdən təbrik edir, Sizə millətimizin xoşbəxt bu günü və sabahı, eləcə də torpaqlarımızın bütövlüyü uğrunda apardığınız mübarizədə daha böyük uğurlar, başarılar diləyirik.
   
   Tanrı millətimizi qorusun!
   
   Tanrı Sizi qorusun!
   
   Hörmətlə;

TƏQVİM / ARXİV