ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Faiq QİSMƏTOĞLU: KEÇMİŞƏ BİR İŞIQ

2171    |   2018-10-24 12:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan kəndinin ətrini, təravətini, gözəlliklərini və rənglərini görmək istəyirsənsə, bu günlərdə «Maarif» nəşriyyatı tərəfindən çap edilmiş «Kənd həyatı» almanaxını vərəqləmək kifayət eləyər. Belə ki, bu almanax «Kənd həyatı» qəzetinin 95 illiyinə həsr olunub. 1923-cü ildən bu günə qədər müxtəlif adlarla dərc olunmuş bu mətbu orqan Azərbaycan mətbuatının bünövrəsini qoymuş Həsən bəy Zərdabinin yaratdığı «Əkinçi» qəzetinin varisidi.

Almanaxın baş məsləhətçiləri Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovdur. Redaktoru aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas Eldəniz Həsənovdur. Tərtibçi-müəllif isə «Kənd həyatı» qəzetinin baş redaktoru Sabir Hüseynovdur.

İlk səhifə Ulu Öndər Heydər Əliyevin şəkili ilə açılır və onun yaddaşlara həkk olunmuş bu sözlərilə başlayır: «Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bu günü və sabahı ilə yaşamışam… Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib».

Səhifəni vərəqlədikcə Azərbaycan prezidenti İlham Əliyevin bu sözləri diqqəti cəlb edir: «Aqrar sahənin inkişafı növbəti illərdə də prioritet olaraq qalacaq və kənd təsərrüfatında islahatlar daha da dərinləşəcəkdir».

Almanaxda tarix elmləri üzrə fəlsəfə doktoru Akif Aşırlının ««Kənd həyatı» sələfinə sadiqdir», Aqrar elmlər üzrə fəlsəfə doktoru Eldəniz Həsənovun «Həsən bəy Zərdabi Azərbaycanda aqrar elmlərin banisi, əkinçilik mədəniyyətinin yaradıcısıdır». Faiq Qismətoğlunun «İşıqlı yol», iqtisad elmləri doktoru, «Əməkdar kənd təsərrüfatı işçisi» Musa Məmmədovun ««Əkinçi»nin ənənəsi yaşayır», «Azərbaycan kolxozçusu» qəzetinin sabiq redatkoru Qulam Məmmədlinin «Yaxşı yadımdadır…», «Azərbaycan kənd təsərrüfatı» qəzetinin sabiq müxbiri Allahverdi Eminovun «Azərbaycan kənd təsərrüfatı», «Sovet kəndi» qəzetinin sabiq xüsusi müxbiri İltizam Rüstəmovun «Qəzet səhifələrindən boylanan günəş», «Sovet kəndi» qəzetinin sabiq xüsusi müxbiri Müştəba İsmayıloğlunun «İndi başqa zəmanədir, ustad!» və digər müəlliflərin maraqlı məqalələri dərc olunub.

Bununla yanaşı, almanaxda «Sovet kəndi» qəzetinin arxiv materiallarından və fotolardan geniş istifadə edilib. Bütün bunlar qəzetinin 95 illik fəaliyyətinə bir işıq salır və onu bugünkü zamana gətirib çatdırır. Eyni zamanda almanaxda tanınmış ziyalıların təbrikləri, ürək sözləri verilib. Onu da qeyd edək ki, ayrı-ayrı dövrlərdə qəzetin redaktorları vəzifəsində çalışmış yazarların da xatirələri toplanıb. Ümumiyyətlə, «Kənd həyatı» qəzeti nəşr olunduğu ilk gündən bu günə qədər hansı dövrü, hansı tarixi anı yaşayıbsa, onların hamısı almanaxda öz əksini tapıb.

Bir daha «Kənd həyatı»nı sevənlər tarixə və keçmişə qayıdıb bu nəşrin maarifçiliklə, insanların savadlanmasıyla bağlı anların şahidi olmaq istəyirsə, onda nəşr olunan bu almanaxı vərəqləməyi unutmasın. Bəziləri onu vərəqləyərkən hətta özlərini və şəkillərini də orda görə bilərlər.

Bir sözlə, milli mətbuatımızın zənginləşməsində və inkişafında əvəzsiz xidmətləri olan «Kənd həyatı»qəzetinin ötən bir dövrünün bu formada almanaxa çevrilməsi və tarixin yaddaşına hopması onu deməyə əsas verir ki, bu işi həyata keçirənlər çox böyük xeyirxah addımlar atıblar. Elə insanı da yaşadan, gələcəyə aparan, xalqa sevdirən belə addımlardı. İnanırıq ki, nəşr olunmuş yeni almanax onu vərəqləyənlərin və oxuyanların böyük sevincinə səbəb olacaq.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK