adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Barışın olmadığı "Barış şəhəri" - Eminquey yazır

EMİNQUEY AKİF
45460 | 2018-10-26 19:44

Qüdstarixi boyunca iki dəfə yox edildi, 23 dəfə işğal olundu, 52 dəfə hücuma məruzqaldı və 44 dəfə ələ keçirilib qurtarıldı. Bu şəhərin içində elə bir yer varki, müsəlmanların da, yəhudilərin də, xristianların da müqəddəs saydığı yerkimi qəbul olunur. Bu yer "Ağlama divarı” dır.

Bu divarİsraili ziyarət edən bütün dövlət adamlarının, xüsusilə də amerikalı liderlərinmütləq bir şəkilinin olduğu, sirləri ilə Qüdsün taleyini göstərən divardır.İnanca görə, Süleyman peyğəmbər böyük bir ibadətgah inşa etdirmək istəyər. Qadın-kişi,böyük-uşaq, qoca-cavan, bütün yəhudiləri yığıb Süleyman məbədini tikdirər. Vəbu sözləri söyləyər: Qoy bu məbəd qiyamətə qədər ayaqda qalsın.

Uzun illərkeçmiş, Romanın işğalından sonra Süleyman məbədinin böyük bir qismi dağılır. Bu"Ağlama divarı” o məbəddən qalan yeganə divardır. İslam inancında da vacib biryeri var bu divarın. Məhəmməd peyğəmbər merac edərkən öz atını bu divarabağlayıbmış. Ona görə də müsəlmanlar üçün bu divar müqəddəs sayılır. Xristianlarisə buranı İsa peyğəmbərin xristianlığı yaymağa başladığı ilk yer kimi qəbuledirlər. Çöldəki istiyə baxmayaraq divardakı nəmin heç cür buxarlanmaması,qıraqdan dayanmadan ağlayırmış kimi görünməsi onun "Ağlama divarı” adınıalmasına səbəbdir. Yəhudilər cümə günü bura yığışıb ibadət edirlər. İnancındanasılı olmayaraq ibadətə gələnlərin hamısı başına ya təsək, ya da papaqqoymalıdır. Bu ən vacib qaydadır, əgər bu qaydaya riayət etməyən varsa, həbsolunur.


25yaşına çatmayanların dünyanın harasında yaşamağına baxmayaraq İsrail ziyarətə gələnlərinbütün xərclərini ödəyir, 3 ay yaz qonaq edib yəhudi adətlərini onlara öyrədir.İstər Amerikadan, istərsə də Rusiyadan, harada yaşamağından asılı olmayaraq,sadəcə yəhudi olmağınız və 25 yaşından aşağı olmağınız buralara pulsuz gəlməyinizərəvac verir. Məqsəd dünya yəhudilərinin birliyini qorumaq, "Ağlama divarı” ətrafındabir yerə yığmaqdır. Bu gün də yəhudilərin yaşayış tərzini göstərən vacibdetallardan biri Azandır. Şabat (Cümə axşamı) günündə axşam azanı oxunduqdansonra xaricilərin bu divar önündə gəzməyi qadağandır. Şəhərin bütün yerlərindəbeş dəfə azan və kilsə zənglərini də eşitmək mümkündür. Eyni zamanda yəhudilərin"Ağlama divarı”nın arxasına keçməyinə icazə yoxdur. Çünki bu divarın arxasındaməscid var və o ərazi müsəlmanların müqəddəs yeri kimi qəbul olunur. Bəzən ibadətzamanı yəhudilər özlərini ağlayırmış kimi göstərirlər. Bunun səbəblərindən biridə divarın arxasına keçə bilməməkləridir.

Bəsyaxşı, niyə Qüds üç səmavi dinin də müqəddəs bildiyi tək şəhərdir?

Həm Fələstinlimüsəlmanlar, həm də İsrailli yəhudilər buranı öz paytaxt şəhərləri hesab edirlər.Yəhudilərsə miladdan 3 min il qabaq burada yaşadıqlarını, şəhəri özlərininqurduğunu, Süleyman və Davud peyğəmbərin buranı inşa etdiyindən dolayı şəhərinonlara məxsus olduğunu iddia edirlər. Müsəlmanlarsa Məhəmməd peyğəmbərinmeracının, yəni Allahla görüşünün buradan baş tutduğunu, İslam dinin ilk dövrlərindəqiblənin Qüds olduğunu səbəb kimi göstərirlər.

Dini mənbələrəgörə o vaxt da Yəhudilər və Fələstənlililər arasında müharibə olub. Adı ibranicədənDarüssəlam, yəni "barış şəhəri” olan bu şəhərə barış heç zaman təşrifbuyurmadı.

"Ağlamadivarı”nın qəribə tərəflərindən biri də budur ki, xristianlığa görə Dəccalburadan meydana çıxacaq. Bəzi marjinal inanc qruplarına görə, şeytan bir qadınıaldadaraq onu hamilə qoyacaq. Onun doğduğu uşaq bu divarın altındakı zirzəmilərdənbirində saxlanacaq, heç bir insan üzü görməyəcək, çiy ət və qanla qidalanacaq,ta ki insanlığa qarşı savaş başlayana kimi. Dəccal ortaya çıxanda insanların kəllələriniüzəcək, ayaqlarını qıracaq, əllərini kəsəcək.

Yəhudilərinbu divarın qabaq tərəfində apardıqları arxeoloji qazıntıları xristianlaronların Dəccalı axtarması kimi qələmə verirlər. Bunların hamısı ərazidəki bir təpəvə onun ətrafında gerçəkləşir. Yəhudilərə görə, həmin təpə dünyada ən müqəddəsyerdir. Ona görə ki, qoç yerə enməzdən əvvəl İbrahim peyğəmbər oğlunu qurbankimi kəsmək üçün bura gətiribmiş. İkinci dünya müharibəsinin sonlarına doğruİsrail yenidən dövlət kimi "dirilməyə başlayanda” müsəlman ölkələri buna birreaksiya vermədi. Ta ki, ərəblərlə İsrail arasında müharibə başlayana kimi. DenizGezmişlə birlikdə yüzlərlə dostu İsrailə qarşı döyüşmək üçün Fələstinəyollanır. Deniz Gezmiş o dövrün jurnallarından birində türk gəncliyinə belə səslənmişdi:"Az inkişaf etmiş toplumlar imperiya quruluşana qarşı savaşarkən türk gəncliyibu mübarizədən kənarda qala bilməz. Biz daima əzilənin yanında olmaq məcburiyyətindəyik.Bütün müsəlman ölkələri Fələstinə üz çevirərkən inqilabçı gənclik sayının azolmağına baxmayaraq Amerika imperiyasına qarşı savaşmalıdır. Yaşasın azadlıquğrunda vuruşan Fələstin xalqı! Yaşasın müstəqil Türkiyə!”

Ərəbistandan,Türkiyədən, eləcə də Avropa ölkələrindən və dünyanın digər yerlərindən gələn solçularİsrailə qarşı savaş üçün təlim keçdilər. Bir müddət davam edən mübarizədənsonra atəşkəs elan olundu. Deniz Geçmiş və silahdaşları hər hansı bir müharibəşəraiti yaranarsa bura qayıdacaqlarını söz verib Türkiyəyə qayıtdılar. Amma1973-cü ildə İsraillə Fələstin arasında müharibə başlayanda Deniz Geçmiş vətürk silahdaşları çoxdan edam olunmuşdular. 1990-cı ildən etibarən başlayanmüharibəni Həmas idarə etməyə başladı. Yenə də heç bir İslam ölkəsi onlara dəstəkçıxmadı. 

Buna görə də İsrail hər il bir az da böyüməyə, güclənməyə davam etdi.Bu mövzuda Fələstin idarəçilərinin də xeyli səhvləri var. Məsələn, türklər bumübarizədə heç vaxt Fələstindən köməyini əsirgəməsə də Fələstin hələ də "TürkKipr cümhuriyyəti”ni tanımadı. Əvəzində "Rum Kipr dövləti”ni tanıdı. Hətta Fələstindövlətinin rəsmi internet saytında qondarma erməni soyqırımının təbliğatıaparılır. Xülasə, Fələstin də daxil olmaqla bütün islam ölkələri heç bir vaxtİsrailə qarşı bir olmadılar.


TƏQVİM / ARXİV