adalet.az header logo
  • Bakı 20°C
24 Oktyabr 2018 11:43
8188
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 45 yaşdan sonra ana olanların çoxu şəhərli qadınlardır

Azərbaycanda 45 yaşdan sonra daha çox şəhərdə yaşayanlar uşaq dünyaya gətirirlər.

Adalet.az-ın məlumatına görə, 2005-ci ildə Azərbaycanda 216 qadın 45-49 yaşında ana olduğu halda, 2010-cu ildə bu rəqəm 202, 2015-ci ildə 133, 2017-ci ildə isə 94 olub.

Ölkədə 50 və daha yuxarı yaşda ana olanların sayı 2005-ci ildə 18, 2017-ci ildə 13 nəfər olub.

2005-ci ildə 45-49 yaşda ana olanların 109-u, 50 yaşdan sonra ana olanların 7-si, 2017-ci ildə isə 45-49 yaşda ana olanların 58-i, 50 yaşdan sonra ana olanların 10-u şəhər yerlərinin payına düşüb.

Ötən il 45-49 yaşlı analar tərəfindən doğulan uşaqların 48-i həmin qadınların birinci, 31-i ikinci, 5-i üçüncü, 6-sı 4-cü, 4-ü beşinci və daha sonrakı uşağı olub.