warez script warez forum sanal santral orkide hacklink al Musa Yıldırım Musa Yıldırım Shell indir Adalet.az | Valideynlərini baltalayan kişi: “Elə bildim başqasıyla dalaşıram” - VİDEO Adalet.az | Valideynlərini baltalayan kişi: “Elə bildim başqasıyla dalaşıram” - VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Valideynlərini baltalayan kişi: “Elə bildim başqasıyla dalaşıram” - VİDEO

5322    |   2018-10-24 11:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir müddət öncə ər və arvadı yaralayan şəxsin kim olduğu məlum olub.

Adalet.az ARB TV-yə istinadən xəbər verir ki, ata və anasını balta ilə ölümcül yaralayan şəxs hadisədən sonra müxtəlif ünvanlarda gizlənib məsuliyyətdən yayınmağa çalışsa da, polisin sayıqlığı nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.

Sentyabrın 13-ü axşam saat 19:00 radələrində Daşkəsən rayon Tapan kənd sakinləri, 77 yaşlı İlyas Bağırov və həyat yoldaşı 66 yaşlı Tamara Bağırova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Təcili və təxirəsalınmaz tibbi yardımdan sonra hər iki şəxs həyati təhlükədən xilas edilib.

Hadisə ilə bağlı araşdırmalara başlayan Daşkəsən RPŞ əməkdaşları ərlə arvada xəsarət yetirən şəxsin elə onların doğma oğlu, 47 yaşlı Firdovsi Bağırovun olduğunu müəyyən ediblər. Bağırovun axtarışlarına başlayan polis nəhayət ki, valideynlərinə bəla olan oğulun yerini müəyyən edərək onu saxlamağa müvəffəq olub.

Valideynlərinə küt və kəsici alətlərlə ağır bədən xəsarətləri yetirən "oğul” əvvəllər 6 il məhkumluq həyatı yaşayıb. Yenidən cinayət törədən Firdovsi Bağırov hadisə zamanı spirtli içkinin təsiri altında olduğunu deyib:

"Araq içmişdim, içkili evə gəldim. Evdə də münaqişəmiz olub. Elə bilmişəm ki, ayrı adamla dalaşıram. Özümdə olmamışam. Əməlimə görə peşmanam, özümü bağışlaya bilmirəm. Xalqımdan da, atamdan və anamdan üzür istəyirəm”.

Valideynlərinə xəsarət yetirən Firdovsi Bağırov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb, istintaq davam edir.




İmza:

Bakıda keçmiş məhkum avtomobildən oğurluq edib

İki gün ərzində 31 cinayətin üstü “isti izlər”lə açılıb

Paytaxt sakinindən tapança götürüldü

Cəlilabadda polis DTX ilə birgə əməliyyat keçirdi - Külli miqdarda narkotik aşkarlandı

DGK: Narkotik daşıyıcısı kimi qadınlardan istifadə halları artıb

DGK: Ötən il Azərbaycanda 1 tondan çox narkotik maddələr saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb

8 il sonra açılan cinayət: Qızılları oğurlayan şəxs hazırda həbsxanada imiş...

Bakıda mütəşəkkil qruplaşma üzvləri tutulub

Yardımlı polisi 2 maddə ilə axtarışda olan şəxsləri tutub

Şirvan sakinindən narkotik götürülüb

Qubada qızıl oğurlayan keçmiş məhkum və tanışı saxlanılıb

SON XƏBƏRLƏR
2019-03-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.57%)
Yox (21.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK