adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Oktyabr 2018 11:25
14333
KRİMİNAL
A- A+

Bakıda 24 yaşlı qadını keçmiş əri öldürdü

Bakıda qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

Bu haqda Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Xətai rayonunda24 yaşlı Səriyyə Abdullayevanın yaşadığı mənzildə qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat tədbirləri ilə qadının yaşadığı evdə keçmiş əri, Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirildiyi müəyyən edilib.

​Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.