adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Oktyabr 2018 11:07
13331
KRİMİNAL
A- A+

Bu il polis veteranlarının köməyi ilə ölkə üzrə 3 mindən artıq cinayət açılıb

Cari ilin 9 ayı ərzində polis veteranlarının köməyi ilə respublika üzrə 3247 cinayətin açılması təmin edilib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, polis veteranları şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasına, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasına, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hissinin formalaşdırılmasına yönəlmiş tədbirlərdə də fəal iştirak ediblər. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutulması istiqamətində profilaktik xarakterli tədbirlərin həyata keçirilməsi də daim diqqətdə saxlanılıb.

Göstərilən dövr ərzində veteranlar 2610 dəfə respublikanın müxtəlif təhsil müssisələrində (orta məktəblərdə, liseylərdə, kolleclərdə və s.), həmçinin ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxışlar edib, tövsiyələrini veriblər.

Səmərəli və məqsədyönlü fəaliyyətlərinə görə polis veteranlarından bir qrupu DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən mükafatlandırılıb.