adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Oktyabr 2018 10:27
5834
GÜNDƏM
A- A+

İki deputata yeni vəzifə veriləcək

Milli Məclisin oktyabrın 30-da keçiriləcək plenar iclasında parlamentin iki komitəsinə sədr müavini seçiləcək.

Modern.az-ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının Milli Məclisinin komitələrinin sədr müavinlərinin seçilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini vəzifəsinə Çingiz Qənizadənin, Gənclər və idman komitəsinin sədr müavini vəzifəsinə isə Şahin İsmayılovun namizədliyi irəli sürülüb.

Növbəti plenar iclasda hər iki deputatın namizədliyi müzakirə olunacaq və səsverməyə çıxarılacaq.