ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MÜASİR GERÇƏKLİKLƏRİMİZ ŞAİR GÖZÜ İLƏ

2633    |   2018-10-23 23:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(əvvəli ötən sayımızda)

Başımıza gətirilmiş tarixi haqsızlıqlar və fəlakətlər şairin "Vur neştəri" şeirində də bir daha diqqətə yönəldilir, dünya ictimaiyyətini bu hadisələrdən xəbərdar olmağa çağırır, onlar haqda susmamağa, onlara qarşı biganə qalmamağa çağırır və:

Dünya susur neçə ildir, qulağı kar, gözləri kor,
Yoxsa mənim qismətim bu, duzu yoxdur çörəyimin.
Ya da qapı qonşularım haqqı danan qansız, nankor,
Namərd kimi nişan aldı ortasından kürəyimi.

- deyir.
"Yerin olsa" şeirində keçici olmayan, əksinə əbədi olan, xalqın istək-arzularını ifadə edə bilən dəyərlərə böyük önəm verir, öz xoş arzularını misralarına düzə bilir və qeyd edir ki, insan sağ ikən milləti üçün faydalı əməllərlə yaşaya bilməlidir ki,yaddaşlarda qala bilsin:

Can sağ ikən bir imdada yetişəm,
Yaralara sarğı olsam, ya məlhəm.
Kor çibanı nəştər kimi deşərsəm,
Könüllərdə yerim olsa, deyirəm.

- fikrini davam etdirərək bir daha yenə də yuxarıda söylənən fikri ifadə edərək və:

Mən öləndə nə yas tutun, nə matəm,
Torpaqda yatmıram - ürəklərdəyəm!

- deməklə bir daha insanın israfedici fəaliyyəti, cismani dəyəri yox,onun ruhunun, ideallarının qalıcı olması, əbədi yaşaya bilməsi fikrini ifadə etmiş olur. Maraqlıdır ki, xalq şairimiz Xəlil Rzaya həsr etdiyi "Zaman keçir" şeirində də bu unudulmaz simanın sağlığında Vətən yolunda, onun azadlığı yolunda apardığı mücadilələri xatırladaraq, bir daha bu qəbildən olan şəxsiyyətlər cismani olaraq bizdən ayrılsalar da əslində xalqın hafizəsində, ruhunda əbədi olaraq yaşamaq haqqı qazanmış olurlar:

Vətən, torpaq, bayraq dedin usanmadan gecə-gündüz.
Sənin kimi mərd şairi hansı ana doğar görən?

- sualını verən şair, daha sonra bir daha xatırladır ki,
Ürəklərdə yaşayırsan köç etsən də bu dünyadan.
Rövşənin tanınmış şair Musa Ələkbərliyə həsr etdiyi "Yalan" adlı şeirində də zamanla bir çox dəyərlərin dəyişməsindən, doğru düşünənlərin susmamasından, yalanın doğruların donuna girə bilməməsindən söz açır. Zamanın dəyişgən olması, insanları mənən dəyişdirə bilməsi "Zaman", "Dəyişir İnsan", "Ey Dilim" kimi şeirlərdə də öz bədii ifadəsini tapır.
Şairin "Qərib" şeirində də biz Vətən həsrəti ilə yaşayan qürbətdə ömür sürən bir zavallının hiss və həyacanları, tənhalıq qorxusu olduqca poetik bir tərzdə və emosionallıqla ifadə olunmuşdur:

Yol çəkər hər zaman qəribin gözü,
Qəmi sevincinə qənim kəsilmiş,
Hicranın oduna atılmış özü,
Yoxsa ki, qismətdən əli üzülmüş?

Rövşən Bəy təbiət problemlərini də unutmur, lakin o bu problemi başqa bir yöndən aydınlaşdırmağa çalışır. Onun "Xəzər", "Qorxma" kimi şeirlərində təbiətə vurulan zərbələr, dənizimizin, çaylarımızın, göllərimizin, meşələrimizin, heyvanat aləminin və s. acı taleyi bir mütəxəssis-alim, şair kimi onu narahat edir, həyəcanlandırır.
Bu cür şeirlərində o, bir vətəndaş kimi ekoloji dünyamıza zərər verən müəssisə və müəssisə rəhbərlərinin cavabdeh olduqlarını gündəmə gətirir, təbiətin xalqımızın bəxş etdiyi neməti olaraq görür:

Dünyada varmıdır bunun örnəyi,
Daşlarla hasara alına sahil.
Arazda dərdimdir sərhəd dirəyi,
Xəzəri zindana saldı hansı "fil"?
Filin fil hesabı olar, bunu bil!

Həqiqətən də təbiətlə insanlar arasındakı bu problemlərə deyinən şair əslində yenə də bu qəbildən olan, namus-qeyrətini, milli mənsubiyyətini itirmiş insanlara xəbərdarlıq səsini ucaldır ki, vətən torpaqları və təbii sərvətlərimiz kimsəsiz deyil, o xalqın maddi və mənəvi sərvətləri kimi daima xalqın, onun marağını güdən ekoloqların, mütəxəssislərin nəzarəti altında olmalıdır.
Rövşən Xasayoğlunun ikinci şeir kitabını oxuduqdan sonra ondan xoş təəssüratlarla ayrılır və artıq qarşımızda xalqımızı, millətimizi, dinimizi, dilimizi, tariximizi, maddi-mənəvi dəyərlərimizi, zəngin təbiətimizi, insanlarımızı dünyalar qədər sevən bir istedadlı və yetkin vətandaş-şair görürük, onun sehirli qələmindən bundan sonra da xalqımızın mənəvi tərəqqisinə xidmət edə biləcək əsərlərin meydana gələcəyinə böyük ümidlərlə baxırıq.



SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK