ANA SƏHİFƏ / ƏDƏBİYYAT

SÖZ ÖMRÜ QƏDƏR UZUN VƏ ŞƏRƏFLİ...

2102    |   2018-10-23 22:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarşımda iki kitab var. "Dünya sözə qalacaq..." və "Öncə söz gəldi...". Hər iki kitabın müəllifi görkəmli nəzəriyyəci alim, filologiya üzrə elmlər doktoru, professor, ədəbi-tənqidçi, orijinal və özünəməxsus deyim tərzi olan publisist, milli jurnalistikamıza dərindən bələd olan alim, sözü və imzası ilə seçilən söz əhli Cahangir Məmmədlidir. Son illərdə qələmə alnan və çap olunan bu ədəbi-tənqidi məqalələri, bədii-publisistik yazıları, esseləri oxuduqca oxucu üçün bir daha aydın olur ki, C.Məmmədli istedadlı publisistdir, ədəbi-tənqidçidir və nəzəriyyəci alimdir. Ən əsası isə klassik publisistikanın möhtəşəm təsir qüvvəsinə bələddir və "bədii yaradıcılığa gedən yolun ən yaxşısının publisistikadan keçdiyini bilir". Ona görə də topluda bədii-publisistik məqalələr üstünlük təşkil edir. Onların arasında Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, elm adamları, yazıçı və şairləri ilə yanaşı sənətə yenicə gələn istedadlı gənclər haqqında olanlarda var. Maraqlısı odur ki, Cahangir müəllim fərq qoymadan onların hər biri haqqında fikir və düşüncələrini böyük sevgilə ifadə edir. Müxtəlif janrda olan bu yazılar əminlik verir ki, C.Məmmədli bir publisist kimi "söz sarıdan heç vaxt korluq çəkməmiş".
Yuxarıda adlarını çəkdiyim bu kitabları geniş təhlil etməyi lüzum görmədim. Çünki, görkəmli alim Nəsir Əhmədli və jurnalist Flora Xəllilzadədən sonra buna mənim nə qələmimin gücü çatar, nə də sözümün. Sadəcə hər iki toplu haqqında düşüncələrimi oxucularımla bölüşmək istədim...
Tədqiqatçı alim, filologiya elmləri doktoru Abid Tahirlinin təbrincə desək "Cahangir müəllim bir publisist kimi sözün böyük imkanlarından ustalıqla istifadə edərək fikir və düşüncələrini oxucusuna çatdıra bilən qələm əhlidir". Bu bəlkə də ondan irəli gəlir ki, Cahangir müəllim sözə yarım əsəridən çoxdur ki, ömür-gün sərf edib və bu gün də etməkdədir.1964-cü ildən sözün sehrinə düşən C.Məmmədlinin bu gün jurnalistikaya, publisistikaya həsr etdiyi yüzlərlə məqalələri, bir necə fundamental əsərləri buna bir daha sübutdur. Daima klassik publisistikaya müraciəti və ondan bəhrələnməsi C.Məmmədlinin qələminə güc gətirir, qida verir. "Azərbaycan ədəbi gəncliyinin bir güc mənbəyi var: bu güc mənbəyi klassikadır" söyləyən C.Məmmədlinin publisistikasında klassiklərimizin həyat və yaradıcılığı "aparıcı yerlərdən birini tutur".
Klassik publisistikamız: Dünənin, bu günün, sabahın sənət örnəyi" adlı məqaləsində bədii sözün estetik təsir gücündən və klassiklərimizin bu yoldakı fədakarlıqlarından geniş şəkildə bəhs edərək bu gün onların təbliğini hər birimiz üçün borc hesab edir: "İndi elmi səviyyəsi və milli təəssübkeşliyi olan hər kəs bu publisistikanın geniş təbliğini özünə borc bilməlidir".
"Maarifçilik missiyası yeni dönəm sınağında" sərlövhəli məqaləsində "klassik Azərbaycan maarifçilərinin millət və xalq qarşısındakı böyük xidmətlərindən" bəhs edən müəllif yazır: "Klassik irsə qaydış bir tərəfdən xalqın, millətin özünüdərk prosesini gücləndirdi, digər tərfədən qloballaşma şəraitində milli dəyərlərimizin nəinki qorunmasına, habelə zənginləşməsinə xidmət etdi". Məqalə müəllifi 38 illik şərəfli bir yol keçmiş "Kaspi" qəzetinin bu günki layiqli davamcısı olan müasir "Kaspi"nin fəaliyyətini yüksək qiymətləndirir: "Bizi klassik ənənələrə qaytaran, milli klassikamıza gənc nəsildə yeni sevgi oyadan bu qəzetdə dünəndən bu günə, bu gündən sabaha daşınacaq bir Vətən sevgisi, vətəndaşlıq yanğısı var. Bu sevgi, bu təəssübkeşlik və bu yanğı oxucuda Vətənə, millətə, xalqa sevgi hissini artırmaq, əbədiləşdirmək kimi müqəddəs bir missiyanı yerinə yetirməkdədir!".
Məsələn, diqqət yetirək ümummilli liderimiz Heydər Əliyevə həsr edilən "Vətənə sevginin ölçüsüzlük ölçüsü" essesinə. Təbii dünya şöhrətli bu siyasətçi haqqında söz demək böyük istedad, cəsarət və qüdrətli qələm tələb edir. Çünki, "elə söz söyləməlisən ki, diqqət çəksin, maraq doğursun, təzə görünsün". Cahangir müəllim bu dahi şəxsiyyətin Vətən sevgisini örnək olacaq bir məktəb adlandırır: "Heydər Əliyevin Vətən sevgisi, millət sevgisi göz önündədir. Bu sevgi dərs alası, dərs götürüləsi bir məktəbdir".
Filologiya üzrə elmlər doktoru, professor Nəsir Əhmədli çox gözəl qeyd edir ki: "Cahangir Məmmdlinin publisistikasında ən çox özünü göstərən məqam; Vətən sevgis, Azərbaycan deyilən bir məmləkətə vətəndaşlıq məhəbbətidir". Elə bu sevgidən, məhəbbətdən irəli gəlir ki, Cahangir müəllim "çoxlarının görmədiyi, yaxud görmək istəmədiyi problemlərə cəsarətlə yanaşır". Aktual və ciddi məsələlərə müdaxilə edir, qaldırdığı mövzu ilə bağlı rəy formalaşdırmağı baçaran bir publisistdir. Bu həm də onun müraciət etdiyi mövzuya, qəhramanına qarşşı səmimiyyətindən irəli gələn bir faktdır. Odur ki, cəkinmədən deyə bilərəm ki, "Cahangir Məmmədlinin publisistikasını səciyyələndirən üstün cəhətlərdən biri, elə lap birincisi səmimiyyətdir". Oxucusunu düşündürən, inandıran, onun əqlinə, qəlbinə, hissinə hakim kəsilən səmimiyyət publisistin yazılarının ruhuna hakimdir.
Cahangir müəllim Ümummilli liderimiz Heydər Əliyevdən yazanda da ("Vətənə sevginin ölçüsüzlük ölçüsü", "Demokratik mətbuatın Heydər Əliyev konsepsiyası"), böyük sevgi və ehtiramla müəllimi Mir Cəlaldan bəhs edəndə də ("Bir müəllim tanıyıram", "Sənətkarın estetik ideyallar sistemi"), qələminə hörmətlə yanaşdığı Elçin Əfəndiyev yaradıcılığından söz açanda da ("Yazıçıdan artıq məsuliyyət yükü daşıyan sənətkar", "Elçinlə ədəbiyyat söhbəti" ətrafında söhbət"), tədqiqatlarını həvəslə auditoriyalarda təlqin etdiyi, Cəlilşünas alim İsa Həbibbəylidən danışanda da ("Milli ədəbiyyatımızın Azərbaycannaməsi"), "poeziyamızın ustad şairəsi" adlandırdığı Sona xanım Vəliyevanı təqdim edəndə də ("Şəxsiyyətin və yaradıcılığın uyarlıq məqamı"), sənətdə, ədəbiyyatda ilk gövrək addımlarını atan "bircə hekayəsi və bircə kitabı ilə nəsrimizdə unudulmaz iz qoyan" Zərdüşt Şəfizadəni xatırlayanda da ("Zərdüşt Şəfizadənin çiçək dükanında düşüncələr") eyni dərəcədə səmimidir. Və hər birinin şəxsiyyətinə, yaradıcılığına, insanlığına eyni dərəcədə məsuliyyət və ehtiramla yanaşaraq, sözün vasitəsilə "sevib-seçdiyi qəhramanına başqalarının qəlbində əbədi yuva qurur". Bax budur Cahangir müəllimin bir publisist kimi qələminin qüdrəti, gücü. Oxucusunu ehtizaza gətirmək, inandırmaq üçün özünü tam səfərbər edən publisist, publisistik üslubun özünəməxsusluğundan məharətlə istifadə edir. "Ən adi yazılarında da bədii sözün işartısı olan" müəllif "Böyük ədəbiyyata gedən yol "Ulduz"dan başlayır" deyərək onun ədəbiyatımızın, poeziyamızın inkişafındakı böyük yerini göstərir.
Cahangir müəllim uzun illərdir BDU-nin Jurnalistika fakültəsinin müəllimidir. İstər auditoriyada, istər dəsdən kanar hər an gənclərə xüsusi qayğı ilə yanaşır. Tələbəsi Ulucay Akif haqqında yazdığı məqalədə bu qayğı açıq-aydın özünü büruzə verir. "Mən onu həm də yeni məzmunlu, özünə məxsus üslubu olan bir şair kimi də qəbul etdim" söyləməsi gənc yazarı daha da ruhlandırır və özünə güvən hissini aşlayır.
C.Məmmədlinin hər iki toludakı məqalələrini oxuduqca onun söz dünyasının sehrinə düşürsən. Bu dünya beyninə nüfuz edir, qəlbinə hakim kəsilir, səni düşündürür, həyacanlandırır, sevindirir... Çünki, C.Məmmədli sozə ehtiyatla, ehtiramla yanaşmaqla yanaşı, sözə sevgisi hər cümləsində özünü büruzə verir. Mövzusundan, həcmindən asılı olmayaraq yazılarına sevgisi, məsuliyyəti, "onun öz üslubunun formalaşmasına gətirib çıxarıb. Bu üslub bədii, publisistik və elmi stilistikanın birgəliyində özünü göstərir". Yəqin elə ona görə onun sözünə oxucu marağı heç vaxt azalmayıb və azalmayacaqdır. Hörmətli Cahangir müəllim! Sizə və əsərlərinizə söz ömrü qədər uzun və şərəfli ömür arzulayan tələbəniz



Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK