ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Üzü payıza gedən günlərimiz

2619    |   2018-10-23 22:17
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mənsur şeir

Üzü payıza gedir günlərimiz... Yarpaqlar xəzəl olub ayaqlar altına tökülür. Kimsənin ayağı dəyməyən cığırlarımızda göyərmiş otlar belə baş-başa verib saralır, dünyada kök saldığı torpaqdan ayrılmaq istəmirlər. İlahi sevgisi canlılara verildiyi kimi, danışmağa sözü, yeriməyə ayağı olmayan cansız əşyalara da verilir. Bəzən görürsən ki, kökü yerdən üzülmüş qollu-budaqlı bir ağac başqa bir ağacın kökünə cil atıb, yaşamağa davam edir. Ölüm-dirim mübarizəsi aparır. Təbiətin sirr dolu, möcüzə dolu bu aləminə baxdıqca nələr düşünür insan, nələr!
Üzü payıza gedir günlərimiz. Bir də görürsən ki, qapqara çəhrayı buludlar açıq səmanın üzünə tor çəkir. Hava birdən-birə qaralır. Yaşıllıqlardan sonra xəzana dönmüş təbiəti seyr etməyə yavaş-yavaş vərdiş edirik. Qəhər adamı boğur. Fikirləşirik ki, görəsən son bahardan sonra yenidən bahar gələcəkmi? Yenə ağaclar çiçəkləyir, çiçəklər boy atıb, tumurcuqlar pardaqlanacaqmı? Müəmmalı, sirrli, sehirli aləmdə insan özünü yalnız hesab edir. Düşünür ki, hər qaranlıq gecənin bir aydın səhəri var. Beləcə o fəslə, o günlərə adət etməli oluruq. İllah da ki yağışın yağdığını görəndə onu ürəyimizlə müqayisə edirik. Bəziləri payıza "ürəyi doludur, yağıb boşaldır ürəyini" deyir. Biz isə nə qədər yağırsa qoy yağsın-deyirik. Sözsüz ki, hərə öz ürəyinə, qəlbinə, yaşam tərzinə görə həyatını qurur. Həyata müxtəlif baxışlarla baxır.
Üzü payıza gedir günlərimiz... Yaydan payıza. Bir azca qəmlənirik də. Günəş qüruba boylananda qızılı şüalar ətrafa şəfəq saçır. Buludların arxasından boylanan bu şəfəqlər yarpaqların arasından süzülərək gözəl bir harmoniya yaradır. Ağaclardakı sarı, qırmızımtıl yarpaqlar parıldayır. Budaqdan qopub düşməmək üçün mübarizə aparırlar. Ancaq nə faydası. Zamanı çatanda hər şeyi məhv olur. Hər şeyə bir nöqtə qoyulur.
Üzü payıza gedir günlərimiz... Kaş ki, ömrümüzün nə payızı, nə də xəzana dönən günləri olardı. Gecikəydi uzaqlarda, gecikəydi səmalarda. Gəlsəydi də könül baxçamıza mizrab çəkib dilləndirməsəydi.
Üzü payıza gedir günlərimiz. Bəlkə də paklığa doğru yol gedir. Çünki, təbiət yağış damlaları altında nazlana-nazlana yuyunur, çirkablıqlardan təmizlənir.
Biz də təbiət kimi saflığa yol açmalı, yağış damlaları altında paklığımızı bir daha təkrarlamalıyıq. Bir də ki, kaş hamımızın üzü payıza gedən günlərində bir paklıq ola.
Adilə Səfərova
Naxçıvan Televiziyasının
baş redaktoru



İmza:
SON XƏBƏRLƏR
2018-11-21
2018-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (71.43%)
Qaynana (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- Baba, oxuduğun nədir elə?
- Tarixi romandır bala.
- Baba, bu axı erotik jurnaldır.
- Sənin üçün mənim balam bu erotikdir, mənim üçün artıq tarixdir...




digər lətifələr
ARXİV
FACEBOOK