Əbülfət MƏDƏTOĞLU: ƏLLƏRİMİN SƏRHƏDDİ
Əllərinin oduna
Sən əllərimi yandır...
Ehtiyac yox andına -
Yandır!- məni inandır...
Buzlayan barmaqlarım
Əritsin öz şaxtasın...
"Əl" adlı yarpaqlarım -
Silsin dərdin laxtasın...
Puhuma əyan olsun
Qoy əllərinin odu...
Yaddaşımda otursun -
Bu odun gizli kodu...
... Çoxmu üzlülük etdim?-
Aşdım istək həddimi...
Əlin əlimi sıxsın -
Tanıtsın sərhəddimi!..