warez script warez forum orkide shell indir mavi orkide PHP Scriptler Ataşehir kadın kuaförü apk indir iptv server hacklink satın al likit Adalet.az | Hekayələr Adalet.az | Hekayələr Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Hekayələr

4122    |   2018-10-23 00:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azad Müzəffərli


Kişilərin sipəri

Son vaxtlarda ər-arvad süpürləşmədikləri gün olmurdu. Övrəti az qalırdı onunla qurşaq tuta. Qonşuları da dəng eləmişdilər. O, birini deyəndə, arvadı nəinki iki, hətta, beşini döşəyərdi. Dil boğaza qoymurdu. Kişi cana yığılmışdı. Əvvəllər həyat yoldaşı heç vaxt özünü belə aparmazdı, sakit qadındı. Onun indiki halına lap məəttəl qalmışdı. Yazıq, təzəcə birinci sinfə gedən oğullarının halına. Qalmışdı təkcənə ortalıqda. Körpə canıynan onları sakitləşdirməkdən təngə gəlmişdi. Bilmirdi, haranın külünü başına tökə. Tifil qafa sındırmaqdan qısa müddətdə əməlli-başlı "ağsaqqallaşmışdı". Qonşular uşağın halına acısalar da, dil gəl, əllərindən heç nə gəlmirdi. Onların məsləhətinə məhəl qoyan yoxdu. Çax-çax baş ağrıtsa da, dəyirman öz işindəydi.
Yenə dünya müharibəsiydi. Naəlac uşağın çabaları da bir nəticə vermirdi. Balaca birtəhər atasını yanlayıb kənara çəkdi. Dövlət sirri açırmış kimi yavaşcana onun qulağına pıçıldadı:
- Sən daha heç vaxt məvacibini ona vermə. Yadındadı, qabaqlar pulu özün xərcləyəndə, o fagırın heç cınqırı belə çıxmazdı...
Anındaca atanı soyuq tər basdı. Oğlunu var qüvvəsi ilə bağrına sıxdı.
O gündən onların ailəsində əmin-amanlıqdı. Sanki, qurbağa gölünə daş atmışdın. Qonşuların da qulağı dincdi.

Halallıq

Məntiq dərsiydi. Müəllim güclüydü deyənə hamıda bu fənnə dərin maraq oyatmışdı. Sinfin yarıdan çoxu əlaçıydı. Şagirdlər sualı sual dalınca yağdırardılar. Dərsə cavab vermək üstə də daim "qırğındı". Şagirdlərin aramsız göydə pərvaz edən əlləri möhkəmcənə əsən küləyin yırğaladığı ağac budaqlarına bənzəyirdi. Müəllimləri bundan olmazın həzz alardı. Kimsənin xətrinə dəyməzdi. Bütün cəhdlərinə baxmayaraq tənbəlliyindən əl çəkməyən bircənə şagirdi vardı. Sinifdə qalmasın deyə, ondan da tramvay altında qalan "3"ü əsirgəməzdi.
Növbəti dərs də maraqlı keçirdi. Söhbət irqlərdən gedirdi. Həmişəki kimi sual yağışı ara vermirdi. Heç kəsin gözləmədiyi halda bu dəfə susqun şagird də əlini qaldırdı. Hamının, ən əsası da, müəllimin gözlərindən qığılcım saçıldı. Sinfi maraq götürdü. Başda müəllimləri olmaqla hamı dəlidən doğru xəbərin hayındaydı. Tezcənə sözü ona verdilər.
- Müəllim, təbiət minbir rəngdədir. Bəs, nədən, Allah baba bizi cəmi üçcə rəngə, lap olsun, beş rəngə boyayıb; ağ, qara, sarı, qırmızı və qəhvəyi... Uzaqbaşı, eyni dərililərin rəngində azacıq çalar fərqi var?
Dil-dil ötən müəllim bu gözlənilməz sualdan bir anlığa karıxdı. Tam səssizlikdi. Milçək uçsaydı, vızıltısı eşidilərdi. Müəllimin dadına bu dəfə Tanrı yetdi. Tənəffüsün vədəsiydi, zəng çalındı. Sinfi tərk edən məntiq müəllimi şagirdinin qarşısında borclu qalmadı:
- İndiyəcən sənə yazdığım bütün "3"lər halalın olsun.

Ağsaqqal işığında

Ucaboylu, şümal qamətli, ağayana görkəmli ağsaqqal 90-nı haqlasa da, yerişi hələ də şax-şuxdu. İşıqforda sarı işıq yerini qırmızı işığa versə də, o, heç nə olmayıbmış təkin piyada zolağına adladı. Bir addımlıqdakı avtomobili yerindən tərpədən sürücü son anda əyləci basıb, güc-bəla qəzadan qurtula bildi. Əsəbindən yay kimi dartılan sürücü avtomobilinin pəncərəsindən başını çıxarıb piyadaya çımxırdı:
- Ay, Allah saxlamış, bir işıqfora bax da, 21-ci əsrdi ey, nə vaxt siz qayda-qanun tanıyacaqsınız? Az qala özünü də, məni də bədbəxt eləmişdin?
Yaşlı kişi cıqqa da olsun tövrünü pozmadan ona sarı çəpəki nəzər yetirdi:
- İstəyir, lap 24-cü əsr olsun...Qulaqlarını geniş aç, yadında möhkəm-möhkəm saxla; Azərbaycanda bütün işıqforlarda həmişə bircə işıq yanır, o da ağsaqqal işığı.
Karıxan sürücü eşitdiyindən yerindəcə heykələ döndü. Bədahətən ətrafa boylandı. Yaşıl işığa baxmayaraq bütün sürücülər bir nəfər təkin yerindəcə sayırdı, yenidən qırmızı işıq yanmaq üzrə olsa da.
Ağsaqqal havalı yerişi ilə yolu keçməkdəydi. Sürücü tələm-tələsik maşınından düşüb ona sarı götürüldü. İkiqat əyilərək təzim edib, üzrxahlığını çatdırdı:
- Ağsaqqal, bağışla, mən qış yuxusunda yatıbmışam. Sən demə, hələ də yol hərəkəti qaydalarını axıra qədər əxz edə bilməmişəmmiş. Söz, bir daha təkrarlanmaz.
Müəllimsayağı onu başdan ayağa süzən ağsaqqal pencəyinin yaxalığına yüngülcə əl gəzdirib, amiranə yerişinə bir az da duz-istiot qatdı.



İmza:
SON XƏBƏRLƏR
2019-04-22
2019-04-21
2019-04-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Elnur Zeynalovun Qarabağ şikəstəsini bəyəndizmi?

Hə (88.89%)
Yox (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Kərim Kərimli adını çəkmək istəmədiyimiz, eldən ayıbdır, bir dostuna zəng edir:


Xəbərin var,  Paris kilsəsi yanır?

– Harda? 

–Lökbatanda...

– Lökbatanda niyə Paris kilsəsi deyirlər bu mağmınlar?

– Nə bilim addı da... qoyublar... Əsas odur ki, indi yanır...

– Pajarnı gəlməyib görən?

– Niyə gəlməyib? O qədər gəlib ki...

– Lökbatanda kilsə hansı tərəfdəydi?

-- Ə, şəhərə gedən də yolun sağında

 

-- Ə, ora Sədərəkdi, indi adın dəyişib Paris kilsəsi qoyublar ki, fransızların xoşu gəlsin?!

 

- Sənin orda dükanın var? 


- Yox!


- Onda yanır cəhənnəmə yansın, heç mənim də yoxdur.







digər lətifələr
ARXİV
FACEBOOK