Əbülfət MƏDƏTOĞLU: NAXÇIVAN - ÖMÜR KİTABI

ƏBÜLFƏT MƏDƏTOĞLU
50847 | 2018-10-23 10:27

Hər bir səfər, hərbir təəssürat təkcə xatirəyə, sözə-söhbətə deyil, həm də yazıya çevriləndə dahauzunömürlü olur. Bu mənada ilk dəfə qədəm basdığım, indi mənə uzaq gələn, ovaxtlar isə qatara əyləşib getmək və yaxud bir maşına oturub gəlmək daha asanolan Naxçıvan torpağı 1980-ci ildən mənimüçün daha da doğmalaşıb. Çünki bu torpağı məhz onda, Şahbuzun Kolanlı kəndinəilk səfərimdə özüm üçün kəşf etdim. Ona qədər Naxçıvanı mətbuat səhifələrində,televiziya ekranında və bir də naxçıvanlı dostlardan aldığım bilgilər əsasındatanımışdım. Təbii ki, tarix və ədəbiyyat dərslərindən də kifayət qədər məlumatlar toplamaq fürsətim olmuşdu. Amma biri var həmoxuyasan, eşidəsən, biri də var gəlib gözlərinlə bu qədim vətəndə həm də zəngin,müqəddəs ünvanı gözlərinlə görəsən, torpağını öpüb, suyunu içib, çörəyinidadasan. Adamlarının səmimiyyətinin, ən vacibi isə İNSANlığının şahidi olasan.Və nəhayət, bu qədim və ulu məkandakı müqəddəs ünvanları ziyarət edəsən. MömünəXatunun, Cavidin, Məmməd Səid Ordubadinin, Cəlil Məmmədquluzadənin ruhu önündəbaş əyəsən. Məmməd Arazın gəzib-dolaşdığı kəndin cığırlarıyla çəmənə, bulağa tərəf tələsəsən. İslam Səfərlininşeirinə qoşulub "Batabata gəlmişəm!" deyəsən.

Mənim üçün son dərəcəunudulmaz olan Cavanşir Eloğlunun misralarına sığınıb:

Qurban olumtorpağına, daşına,

Qaldır məniƏlincənin qaşına.

Qoy dolanım Vətən,sənin başına -

Deməsinlər pərvanəsiçatışmır.

Mən sovet dönəmindəkindənfərqli olaraq müstəqillik günlərimizdə Naxçıvana iki dəfə səfər etdim. Cəmi-cümlətanibarmaqsayı günlər yaşadım Naxçıvanda. Necə deyərlər, üç gün, üç gecə. Amma mənəelə gəldi ki, üç ildir bu şəhərdəyəm, bu torpaqdayam. Çünki o qədər təəssüratlar,o qədər mənzərələr hopdu ki, yaddaşıma, gözlərimin aynasına onları ipə-sapadüzmək, onları yazıya çevirmək içimdən bir dəli istək kimi gəlib keçdi. Və məndə o istəyə qulaq asdım. Asmaya da bilməzdim.Çünki Naxçıvanda gördüyüm hər bir mənzərə, hər bir hadisə, eşitdiyim hər birsöhbət yeniydi mənim üçün. Təptəzəydi, xam material idi və adamın yaxasındantutub məni yaz deyirdi. Təkcə şeirlə vəsf et demirdi. Həm də nəql et söyləyirdi.Çatdırıb yaza bilməkdiklərini ətrafındakılara "danış!" - söyləyirdi…


Bəli, mənNaxçıvanın bu gününü ömrümün bir səhifəsi yox, bir kitabı hesab edirəm. Elə birkitabı ki, onu oxuyub başa çıxmaq mümkün deyil. Özü də təsəvvür edin ki, bukitab hər gün yazılır, hər gün onun səhifələri artır. Və artan səhifələrdəNaxçıvanın gözəlliyi, Naxçıvanın inkişafı, tərəqqisi və bir də Naxçıvanın bütün bu dediklərimin fonundaregionda, qitədə önə çıxması özünü ifadə edir. Yəni mən gördüklərimlə, şahidiolduqlarımla keçmişi və eləcə də gəzdiyim digər məmləkətlərin mənzərəsini, lapelə Bakını, Sumqayıtı müqayisə edəndə Nəqşicahanın nə qədər öndə olduğunu etirafetməyə məcbur oluram. Bu etiraf kiməsə, nəyəsə xoş gəlmək üçün deyil. Bu etirafsadəcə olaraq, haqqı dilə gətirməkdir. Bax, mən də əlimi ürəyimin üstünə qoyubAllah önündə, haqq-ədalət önündə Naxçıvanın mənə yaşatdıqlarını ömür kitabınınbir hissəsi kimi dəyərləndirirəm. Ona görə də Naxçıvanla bağlı yazdığımyazıların toplusuna "Naxçıvan - ömür kitabı" adını verirəm.

Barəsində sözaçdığım bu kitabda mən Naxçıvana etdiyim son iki səfər zamanı gəzib-gördüklərimin yazıya çevrilmiş rəsminiçəkməyə çalışmışam. Eləcə də bu qədim diyar barəsində dostlardan eşitdiklərimiyazı materialı etmişəm. Ümumiyyətlə, səfərlərim zamanı gəzib baş çəkdiyim ünvanhaqqında təəssüratımı sözə çevirmək niyyətində olmuşam. Artıq həmin o istəklərinmüəyyən hissəsi mətbuatda işıq üzü görüb. Bu gün isə onlar bir kitaba çevrilir.

Onu da qeyd edimki, bu kitabda həm də Naxçıvanda və ondan kənarda yaşayan, amma bütünlükləNaxçıvan ədəbi mühitinə aid olub onu Azərbaycanın və dünyanın söz arenasınaçıxaran qələm dostlarım barəsində, onların yaradıcılığı haqqında fikirlərimi dətəqdim etmişəm. İstəmişəm ki, həm iqtisadi inkişafı, tərəqqini, həm də sözünsanbalının necə artdığını ifadə edim, oxucu qarşısına çıxarım. Bütün bunlardada bir məqsədim olubdu. O da Naxçıvan sevgimi ortaya qoymaq.

Çünki mənNaxçıvanın indiki durumunu Şeyx Nizaminin ideal cəmiyyətinin bir görüntüsü kimimüşahidə etdim və hətta hissə qapılaraq özümü bir anlıq həmin ideal cəmiyyətinev sahibi, sakini, vətəndaşı hesab etdim. Burda ola bilsin ki, bir az yazı-pozuadamının düşüncəsiylə hərəkət etmişəm. Bunu yəqin ki, mənə bağışlayarsınız.Amma bütün bu dediklərimin bir ömür kitabına sığışması təbii ki, mümkünsüzdü.Ona görə ki, bu ömür kitabı, yəni bizim Naxçıvanımız hər gün yenilənir, gəncləşir.Ona görə ki, o, dəyərli, ləyaqətli vəidarəetmə peşəkarlığı olan insanlar tərəfindən yönəldilir. Bu da o deməkdirki, hələ daha böyük uğurlar öndədir.

TƏQVİM / ARXİV