Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı Adalet.az | Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Bakıda 19 nəfəri aldadan bağça müdiri və müavinlərinin məhkəməsi başladı

9771    |   2018-10-22 16:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda külli miqdarda dələduzluqda təqsirləndirilən "Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Hazırlıq iclası oktyabrın 29-da davam etdiriləcək.

İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində fəaliyyət göstərən "Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.

Zərərçəkmişlərin sözlərinə görə, özünü bağçanın müdiri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva "Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra bağçanın açılışına gəlmələrini deyib. Təxminən 19 qadın da deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Xatırladaq ki, iş üzrə 19 zərərçəkmiş, 91 nəfər şahid var.




İmza:

Dövlət vergi müfəttişləri həbs edildi - RƏSMİ

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Fədayə Laçın apelyasiya şikayəti verdi

Azərbaycanda 2 vəzifəli şəxs saxlanıldı - RƏSMİ

Vəkil: Fədayə Laçın apelyasiya şikayəti ilə tanış olub

Narkoloji Mərkəzdəki yanğında zərərçəkmiş: Kimsə qışqırdı ki, yanğın var, qaçın

Prokuror alimentə görə qayınatasını qətlə yetirənə 19 il cəza istədi

Baş prokuror: Gəncə hadisələri ilə bağlı intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir

Bakıda ər-arvad kirayədə qaldıqları evin mebellərini satdılar və...

Bu gün Gəncə hadisələrinə görə məhkəmə başlayır

İki hakim vəzifəsindən azad edildi

Trampın səfərindən sonra ABŞ səfirliyi hücuma məruz qaldı

SON XƏBƏRLƏR
2019-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK