adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2018 12:24
10861
ƏDƏBİYYAT
A- A+

Hərbi xidmətdən kitab yazıldı – İMZA GÜNÜ


Oktyabrın 28-də, saat 15:30-dan 18:00-a qədər "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında gənc yazar Uraqanın (Emin Abdullayev) ilk kitabı "Hərbidən qeydlər" kitabının təqdimatı olacaq.

Adalet.az xəbər verir ki, "XAN" Nəşriyyatında çap olunan kitabda Uraqan Eminin hərbi xidmətdə yazmış olduğu fəlsəfi düşüncələri, hekayə və məqalələri yer alıb. Cəmiyyətimizdə qaranlıq qalmış bir çox problemlərə toxunulub, həmin situasiyaların həll yolları təklif olunub.

Maraqlanan hər kəs imza günündə iştirak edə bilər.

Nəzərinizə çatdıraq ki, əldə etdiyiniz kitabın içindəki Əlfəcin sizə imza günündə 20 Manat dəyərində hədiyyə kartı qazandıra bilər ki, bununla da siz kitabevim.az" mağazalarından 20 manata qədər alış veriş edib istədiyiniz kitaba sahib ola bilərsiniz.

Kitabın qiyməti 3,50 AZN-dir.