Əbülfət MƏDƏTOĞLU: OXUNULMAYACAQ MƏKTUBLAR
1
Qollarım
ağırlıq edir
bədənimə ,
çiyinlərimə...
elə bil
daş asılıb
hər birinə
indi
doğma,
isti bir ələ
dəli ehtiyac var
qaldırıb qoya
qollarımı
yerinə!..
2
Sən məni
ovutmağa
cəhd etmə...
sən məni
ovudanda
daha çox ağrıyıram...
çünki mən
özümü
dahadan da çox
kədər üçün
qoruyub
saxlayıram !-
tək - tənha
qalmasın deyə ...