adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Oktyabr 2018 10:38
10776
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: SEVİNMƏYİM

Bir xəbərsiz köç olubdu
Var olmağım "heç" olubdu...
Vallah yaman gec olubdu -
sevinməyim...

"Ah" kəndiri hörük çıxıb
Sinəmi dərd - körük sıxıb!..
Gör bir necə çürük çıxıb -
sevinməyim...

Səsim, sözüm daşdaşıbdı
Daş qalanıb - daş daşıbdı...
Vaxtdı daha , yaşdaşıbdı -
sevinməyim...

Yükümü al , uzat yerə
Şitdi dadı!- duz at, yerə...
Qoy gətirsin busat , yerə -
sevinməyim!..