adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2018 16:25
12089
DÜNYA
A- A+

Tayvanda qatar qəzası: 17 ölü, 101 yaralı

Çinin Tayvan adasında qatar qəzası baş verib.

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətdə olan qatarın relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 101 nəfər isə xəsarət alıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilir.