adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2018 12:15
10929
HADİSƏ
A- A+

Ağstafada 18 yaşlı gəlin itkin düşdü

Ağstafada gəlin itkin düşüb.

Adalet.az-ın məlumatına görə, hadisə şəhərin Qarabağ məhəlləsində baş verib.

Qurbanov küçəsi, 4 saylı binada qeydiyyatda olan Rzayev Rasim Ramiz oğlu Ağstafa rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, həyat yoldaşı, 2000-ci il təvəllüdlü Bədəlova Güllübəyim Elçin qızı oktyabrın 18-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırmalara başlanıb.