ANA SƏHİFƏ / YAZARLAR

Yusif Kərimov - gənclik simvolu

12852    |   2018-10-20 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


78 yaşı vardı. Amma hələ də gənclik görkəmini itirməmişdi

Yusif Kərimov gənclik illərimizin simvollarından biridir. Şəxsən məni "Azərbaycan gəncləri" qəzetində o işə götürmüşdü. Bizi Məmməd Aslan tanış eləmişdi. Və geniş oxucu kütləsi ilə qovuşmağım təxminən yarım milyon tirajla çap olunan bu qəzet vasitəsilə olmuşdu.
O zaman mərkəzi mətbuat sayılan qəzetlər barmaqla sayılırdı. Orada çalışmaq istənilən jurnalistin arzusu idi. "Azərbaycan gəncləri"ndə kimlər vardı? Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Yusif İsmayılov, Şakir Yaqubovg Bu möhtəşəm imzalarla qarşılaşmaq, təmasda olmaq, çalışmaq özgə bir dünya idi.
Redaktorumuz Yusif Kərimov elə ilk baxışdan xoş təsir bağışlayan adamdı. Təmkinliyi, kübarlığı, qayğıkeşliyi ilə seçilirdi. Düşünürəm ki, o zaman qəzetdə ipə-sapa yatmayan qələm sahiblərindən biri elə mən idim. Amma hər dəfə Yusif müəllim səbr göstərirdi. Əlbəttə, Şakir Yaqubovun çılğınlığına dözən adam bunu bacarırdı.
Yusif müəllimin rəhbərlik etdiyi qəzet məni böyük insanlarla görüşdürdü. Mayestro Niyazi, Şəfiqə Axundova, Fikrət Əmirov, Aqşin Əlizadə, Lütfiyar İmanov, Səkinə İsmayılova, Nübar Novruzova, uşaq mahnılarının ifaçısı Hicran Məmmədova, indi xalq artisti adına layiq görülmüş Brilyant Dadaşova, Fəxrəddin Manafovg rejissorlar, yazıçılar, şairlər, ən müxtəlif sənət adamları.
Məsələ bununla bitmirdi. O zaman tənqidi yazıları dərc etmək cəsarət istəyirdi. Yusif Kərimov məhz belə redaktor, qələm sahibi idi.
1986-cı il idi. Ermənilər Dağlıq Qarabağda baş qaldırmışdılar. Moskvada Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması hayların qol-qanadını açmış, çirkin niyyətləri yavaş-yavaş üzə çıxırdı. Yusif müəllim məni Dağlıq Qarabağa ezamiyyətə göndərdi. O zaman Tbilisi prospektindəki İdman Sarayı inşa olunurdu və "Stepanakert" adlanan Ağdərədən üzlük mərmər göndərilirdi. Həmin müəssisəyə Arkadi Manuçarov rəhbərlik edirdi. (Sonradan "KRUNK" adlı separatçı dəstə yaradanlardan biri).
Onunla görüşdüm. Söhbət etdik. Açıq-aydın görünürdü ki, Manuçarov Azərbaycan hökumətinə tabe olmaq istəmir. O, harovun, hadrudun və digər mineral daş ocaqlarının məhsullarını Moskvaya, Leninqrada göndərir (sonradan bütün bunların rüşvət olduğu anlaşıldı).
Manuçarovla söhbətimiz kəskin oldu. Qayıdanda hər şeyi mümkün qədər, yəni o zamankı senzuranın imkan verdiyi səviyyədə yazıb, Yusif müəllimə təqdim etdim. Düzü, gözləyirdim ki, o zaman üçün partlayış yaradacaq belə yazının dərcinə razı olmaz. Ammag yazı dərc olundu (Şakir Yaqubov illər sonra bu yazı barədə ANS-də geniş danışdı).
Yazı dərc olundu, amma təzyiqlər də başlandı. Arkadi Manuçarovun bacısı Aida Manuçarova indiki "Azərbaycan", o zamankı "Kommunist" nəşriyyatında istehsalat şöbəsinin (!!!) müdiri idi. yəni ilanın quyruğuna basmışdıq.
Və Yusif Kərimov məni bacardığı qədər müdafiə elədi. Bacardığı mümkün olduğu qədər. Amma ermənilər hər yerdə mütəşəkkil idilər. Günlərin birində bir erməni qadının, Aida Manuçarovanın rəfiqəsinin əri məsələni qəti şəkildə qoydu: "Hidayət Elvüsal işdən çıxarılmalıdır". Səbəb də yox idi. Amma getməli idim. Getdim də.
O zaman Şahmar Əkbərzadə və Şakir Yaqubov daha məsul bir qəzetə "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinə qəbul olunmuşdular. Getdim onların yanına. Kənar müəllif kimi yazılar yazdım. Bütün bunlar Şakir Yaqubovun qayğısı ilə olurdu. Nəhayət, redaktor Ramiz Əhmədov məni Şakirlə birgə qəbul etdi və işə götürdü. Beləcə gənclik nağılı sona çatdı.
Yusif Kərimovla münasibətimiz heç zaman soyumadı. Həmişə görüşürdük və yazılarımı izlədiyini deyirdi. Azərbaycan Mətbuat Şurasında Ahıl Jurnalistlər Cəmiyyətinə rəhbərlik edəndə də unutmurdu. Məzahir Süleymanzadə də, o da qayğı göstərirdi.
Bir söz deyim - bəxtim onda gətirib ki, mənim redaktorlarım Yusif Kərimov, Ramiz Əhmədov, Məzahir Süleymanzadə, Cəmil Əlibəyov və əlbəttə mənəvi redaktor Şakir Yaqubov olub. Mən onları heç vaxt unutmadım və hər birinə sonsuz hörmətim var.
Amma zaman öz işini görür. Ramiz müəllimi, Cəmil müəllimi itirdik. İndi də Yusif müəllimi. Günlərin birində biz də olmayacağıq. Bir az xatirə, bir az kədər, ammag
Böyük bir məktəb qalacaq - "Azərbaycan gəncləri" məktəbi. İndi tanınan, yadda qalan ən məşhur qələm sahiblərinin əksəriyyəti bu məktəbin "məzunlarıdır".
Dünyasını dəyişənlər nur içində yatsınlar. Sağ qalanlara sağlam, uzun ömür arzulayıram.
Və inanıram ki, Yusif Kərimov, Yusif müəllim nur içində yatır. Yeri behiştlikdir. O ölümə layiq deyil, əlbəttə, amma belə bir əbədi rahatlıq halalıdır.

P.S. Bayaq dedim axı. 78 yaşı vardı. Amma hələ də gənclik görkəmini itirməmişdi.




YAZARIN ARXİVİ

2018-02-17 : Şeytan
2018-01-25 : Pəhləvanlar
2016-08-20 : "CENTLMENLƏR"
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK