Şəhidliklərə şahid olan Ucubiz dağına

FƏRİDƏ RƏHİMLİ
20376 | 2018-10-19 17:40

Aristoteldeyirdi ki, ölümsüz olmaq istəyiriksə "Ölümsüzlüyə yaxın yerlərdə yaşamalıyıq”.

İlkin getdikdən sonra Rəhilə ananın gecələrixeyrə qalmır, Ucubiz dağı, yuxusuz sabahları xeyrə açılmır... gözləri ikiyanaşı çeşməyə dönüb, qurumaq bilmir. İlkinini yuxuda əzizləyir, oxşayır,boyunu sevir, layla deyir, oyandıqda bunun röya olduğunu anlayır, yuxusunaağıyla davam edir. Daha yata bilərmi ana, gözünə yuxu gedərmi? Az əvvəlqucağında olan, qoxusunu aldığı, şəvə saçlarını sığalladığı oğlunu istəyirana... elə istəyir ki, səhrada dodaqları susuzluqdan cadarlanmış, suya təşnəkimi...

Oğlunun hər yuxusuna gəlişiylə yarası təzələnirananın, bala həsrəti içini qovurur, yandırıb-yaxır...

Ucubizdağı, nələr gördün, nələr duydun, nələrin şahidisən, mənimlə paylaş! Sinəndə gəzəno ər oğulların köksünə dağ boyda – özün boyda qürur ola bildinmi?..

Səninyüksəkliyindən Vətənin geridə qalan, imdad diləyən hissəsini seyr edərək onuqorumaq üçün and içən, sinələrini sipər edən, səni özlərinə arxa seçən oğullarasipər ola bildinmi? Axı, dağdan arxası olanın, daşdan ürəyiolar.

Düşməninsinəsinə dağ çəkərək əzəli-əbədi torpaqlarımızı geri almağa çalışan nər igidlərinqanı sinənə axarkən onlara ağı deyə bildinmi? İlkin alnından vurulub sinənəsığınarkən, əbədiyyətə, şəhidlik zirvəsinə yol aldığını anlarkən ona toxdaqlıqverə bildinmi, Ucubiz dağı?

Yoxsa, oitkilərə sən də dözə bilmirsən, ondan başın belə ağarıb?!.

Dağlar, ağ başlı dağlar,

Gözləri yaşlı dağlar,

Yalvarıram, düz déyin,

Sizdən kim aşdı dağlar?


Bu dağlar ġoşa dağlar,

Vérib baş-başa dağlar,

İgidlər səndə gəzib,

Səni yüz yaşa dağlar.


Éləmi nâşı dağlar,

Sinəmin başı ağlar,

Burda bir qərib ölüb,

Ocağın daşı ağlar...


Niyəqoruya bilmədin igidləri, Ucubiz dağı? İlkinə niyə söz eşitdirə bilmədin? Dinləmədisəni, deyilmi? Sənə əyilməyərək, qayalarının arxasında gizlənməyərək düz düşməninüstünəmi şığıdı? Gəbərtdiyi çoxlu sayda erməni dığalarının qisasını almaq üçünonu çoxdan izləyən düşmən snayperinin onu nişan aldığını ağlından keçirmədi. Çünki canını unutmuşdu,çünki geridə qalanların ümidi olduğunu dərk edirdi. Çünki canını düşünməsi Vətənidüşünməyə mane ola bilərdi. Bilirsənmi niyə sənə əyilmədi, çünki cüssələri səninkiqədər olmasa da, o igidlərin hər birinin ürəyi səndən də böyükdü! Çünkiarxalarında Vətəni, ayaqlarının altında Vətən torpağını sən boyda ürəklərindəkişi qeyrətini, təpərini, şir biləklərində intiqama səsləyən yenilməz qüvvənihiss edirdilər. Düşməni əzəcəklərinə şübhələri yoxdu...

Bilirəm,Ucubiz dağı, biz gördüklərimizin min qat artığını sən görmüsən. Necə dözürsən,soruşmuram, çünki elə dözdüyün üçün dağsan! Bizlərsə dözə bilmirik, ağrımızıgöz yaşlarıyla çıxararaq ürəyimizi müvəqqəti sakitləşdiririk. Yaxud dərin birahla! Sənin bu imkanın da yoxdur – sən ağlarsan, selinin qarşısında dayanmaqgücümüz olmaz, sən ah çəkərsən, o ahın tufanından dünya dağılar...

Sus,Ucubiz dağı, ərənlərinin səndən örnək aldıqları təmkinini pozma! Qoy sənə bənzəsinlər,-dözümdə, səbirdə, mətanətdə, vüqarda, qürurda...

Çünki buqürur, bu dözüm, mətanət, vüqar onları ölümsüz etdi. Ölümsüzlüyə gedənyollarıysa səndən keçdi...


TƏQVİM / ARXİV