Əbülfət MƏDƏTOĞLU: BİZİ DEYİRLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
50974 | 2018-10-19 15:58

Yəqin ki,yazının başlığını oxuyanda son günlərin populyar mahnısı yadınıza düşəcək və həttabəziləriniz zümzümə də edəcəksiniz. Mən bunu təbii sayıram. Və hətta hardasasevinirəm də ki, siz yazını xoş əhval-ruhiyyə ilə oxumağa başlayacaqsınız. Axı,mənim əksər yazılarımda nostalji hisslər, kədərli notlar artıq bir çoxunuzubezdirib. Hətta bununla bağlı ərkli oxucularımın, dostlarımın iradlarını daeşitmişəm. Amma neyləyim ki, böyük söz adamının - Çingiz Aytmatovun təbirincədesək və unudulmaz Yusif Səmədoğlunu xatırlasaq, onda hər ikisinin müxtəlifformada ifadə etdiyi bir məntiqi dilə gətirməli olacam:

- DƏRD GƏLƏNDƏBATMANLA GƏLİR...

Hə, söz-sözü çəkirdeyirlər. Elə musiqi də özündə sözü yaşatdığına, çatdırdığına görə, hardasa oda çevrilib söz olur səsin hesabına. Və bu da gətirib musiqinin də bir-birinindavamı olmasına çıxarır. Yəni söz sözü çəkdiyi kimi, musiqi də musiqini çəkir...Bax, bu anlamda mən səndən, məndən deyilən o musiqinin avazı altında bir az gəzişməetdim. Otaqda var-gəl yox, sözün meydanında, sözün sətirləri, misralarıarasında. Və gördüm ki, kimsə mənə pıçıldayır:

- Nahaq yaxanı kənaraçəkirsən. Sizdən də deyirlər, elə səndən də, ondan da...

Qəribə gəldi mənəbu pıçıltı. Gəzişməni dayandırıb düşünməyə başladım. Düşündüyüm anda da təbiiki, mövzunun əlifbası Sən idin. Ona görə də Səni gətirdim gözlərimin önünə. Vəbax, həmin o an bizdən deyilənlər döydü qapımı. Bildim ki, gələn onlardı. Öncəqapını açmaq istəmədim. Sonra pəncərədən daxil oldular. Və onların səsiaçıq-aşkar doldu otağıma. Bu səslərin içərisində ən guru "SEVGİ"sözünü birnəfəsə dilqəfəsə qoymadanbağıran idi. O, hamını üstələmişdi...

Doğrusunu deyimki, xoşuma gəldi onun sevgi deməyi. Çünki içimdə olanı deyirdi, ürəyimdə gəzdirdiyimisəsləndirirdi. Axı bu dünyaya məni bağlayan məhz həmin o sözdü. Həmin o sözün sənəaid olmasıdı. Sən məni nə qədər görməsən də, məndən uzaq dayansan da hamı sənigörür. Səni gördüyü yerdə məni də görür. Deməli, deyilənlər doğrudur... Deməli,"səni deyirlər, məni deyirlər" burda yerinə düşür, burda gerçəkliyəçevrilir. Və mən də yaddaş səhifəsinə üz tutub sənin məni necə gördüyünü onlarademək istəyirəm.


Mənə tərəfbaxırsan

Ancaq kədərgörürsən...

Bu kədəri sənancaq -

Mənim qədər görürsən!..


Dəyişib göz vərini

Çəkirsən gözlərini...

Susursan, sözlərini-

Mənə hədərgörürsən...


Çox istədimsevilim

Səndə sənəçevrilim...

Təsadüf,ya de, bilim -

Məniqədər görürsən?


***

Həyatınbütün məqamları hər kəs üçün bir bucaq altında görünür. Necə deyərlər, onu mənalıgörən, onu özünə yaxın buraxan, hətta özününküləşdirən Allah bəndələri də var,onu öz istəklərilə mənalandırırlar, öz istəklərinə uyğunlaşdırırlar.

Bilmirəm,ya bədbəxtlikdi, ya xoşbəxtlikdi, amma hər nədisə, mən hər şeyi necə var eləgörməyə adət etmişəm... Və necə görmüşəmsə də ona qollarımı o cür açmışam...ona qapımı o cür tanıtmışam... Və elə bu yolla da gedirəm.

Onagörə də ayağıma dəyən daş da məni özümə qaytarır. Və mən israrlı olaraq bu yolugedəcəyimə də içimdə inanıram. Daş da öz işini görür. Amma "hər atılandaşın" dalınca yüyürməzlər də deyiblər aqillər. Deməli, mənə toxunan, dəyənvə yaxud ayağıma ilişən daşların sayının tutduğum mövqedə, dayandığım yerdə heçbir kəsəri, gücü yoxdur. Bir az da kobud ifadə eləsəm, bu, "çaxçaxın başağrıtması" kimi bir şeydi. Nə isə...

Hə,əvvəldə vurğuladığım kimi, otağıma dolan o səslər hardasa sənin, mənim, tində-bucaqda,pıçapıçlarda, mənalı baxışlarda hiss etdiklərimizdi, duyduqlarımızdı. Ona görədə mən o səsləri otaqdan çıxarmağa,qovmağa cəhd etmirəm. Bir də ki, od olmayan yerdən tüstü çıxmaz ki. Deməli, nəsəvar ki, bu səslər də yaranıb də. O "nəsə" elə mənim sənəyazdıqlarımın, sənə ünvanladıqlarımın əks-sədası da ola bilər. Axı mən bütünyazılarımın sənə aid olduğunu, daha doğrusu, sənin söylədiklərindən ibarətolduğunu özünə də demişəm, yazılarımda da yazmışam. Bax, bu mənada deyilənlərəhardasa haqq qazandırmağın özü dəetiraf olur. Gəl, bu etirafı birlikdə edək. Çünki:


Əlim

əlininiçində

qocalsın...

adım-

dilininucunda...

gözüm

gözününiçində

açılsın...

dadımdilinin ucunda

yaşadığımı.

Telim

telininiçində

ağarsın...

sözüm

sözününiçində

göyərsin...

əlin,

dilin,

telin

xəbəraparsın

ürəyineşitsin,

öyrənsin

ruhumuyaşatdığını

dizininucunda...


Bax,bu misraların nə demək olduğunu, kimdən danışdığını, kimi dediyini mən necəgizlədim? El gözündən də heç nəyi gizlətmək olmur. Görür, duyur və deyir, opopulyar nəğmədə deyildiyi kimi: səni və məni...

***

Payızınsaralan yarpaqları mənə hardasa qürubu da xatırladır. Batan günəşin qürubundansöhbət getmir. Burda söhbət ömrün üzü qışa doğru sürüşməsindən gedir. Özü dətorpaq sürüşməsi kimi yox, uzun, sal daşların sürüşməsi kimi. Adətən bu sürüşmələrtək-tək, necə deyərlər, nadir hallarda təsadüf edilən sürüşmələrdi.

Bəlkədə müqayisə yerinə düşmür və yaxud da uğursuzdu. Ona görə bu fikrə gəlirəm ki,özümü qayaya, daşa, salbuza bənzətməyim bəzi oxucularıma yekəxanalıq kimi görünəbilər... özündən razılıq, müştəbehlik kimi təsir bağışlayar. Amma inanın ki,heç belə bir fikrim yoxdur və olmayıb da. Sadəcə olaraq, indi ölkə paytaxtınınmüəyyən qütblərindəki sürüşmələr, çökmələr yadıma saldı o fikri. Və mən də təkrar-təkrarvurğuladığım kimi sözün sözü çəkdiyinə bel bağlayıb həmin sürüşmə məsələsinətoxundum. Və düşünürəm ki, "sürüşmə" ifadəsində haqlıyam. Ən azındanona görə ki, ömrün sürüşməsinin qarşısını kəsmək və yaxud da geri qaytarmaqmümkün deyil. Yaydan çıxan oxu bəlkə də ikinci bir yayla vurub yerə salmaq olur.Amma deyilən sözü, dildən qopan ifadəni geri qaytarmaq mümkün deyil. Bax, ömrünsürüşməsi də belədir. Ona görə də bu sürüşən ömrün şirin məqamlarını dəyərləndirmək,ona məna vermək, onunla xəyal qurmaq vəhətta yatıb yuxu görmək özü də bir gözəllikdir. Düşünürəm ki, "Qollarımınyuxusu" bu dediyimə sübut ola bilər. Axı o yuxunu sən görmüsən... o yuxunumən yozmuşam...


Qollarımınüstündə

Yuxunşirin oldumu?!

Buşirinlik yuxuna -

Gələnsirrin oldumu?!


Duydunmuürəyimi

Ürəyinəköçdüyün...

Qollarımınüstüylə -

Yarsərhəddin keçdiyin?!


Yuxuda gördünmü sən

Qollarımınüstündə?!

Qolumdagörünmüsən -

Dedim,bundan küsdün də!..


Mənxəyal etdiyimi

Səndəliliyə yozdun...

Qollarımınyuxusun -

Nahaqyarımçıq pozdun...


Hərgün öz-özümə söz verirəm ki, duyğularımı, düşüncələrimi, yaşantılarımı kağızaköçürməyəcəm, sözə çevirməyəcəm. Bacarsam içimdə yaşadacam, bacarmasam unutmağaçalışacam. Amma neyləyim ki, hər gecə əllərimi başımın altında, gözlərimitavanda bir-birilə təmasda qoyub gəldiyim qərarı dan yeri sökülməmiş unuduram.Yenə kağıza, qələmə üz tuturam... yenə hər şeyi vərəqlərə köçürürəm...

Doğrudur,bu bir yazı adamı kimi mənim haqqımdı. Amma mən sənin söylədiklərini, səninipucu verdiklərini, sənin tərənnümünü və nəhayət, sənin yaşatdıqlarınıyazdığıma görə, hardasa günah da çəkirəm. Çünki səndən izin almıram. Deməli, buhardasa sənin haqqına girmək, sənin olanı səndən xəbərsiz mənimsəmək deməkdir.Yaxşı ki, bunu hüquq-mühafizə orqanları bilmirlər. Yoxsa ki, günümü göy əskiyəbükərlər...

Yaxşıki, sən də bütün bunlara görə məni məhkəməyə vermirsən. Amma əvəzində daha sərtqərarlar qəbul edirsən. Bu da mənə qarşı olan laqeydlikdə ifadə olunur.Soyuqluğunu bir az da artırırsan, biganəliyini bir az da çoxaldırsan, mən dəbütün bunları, yəni baş verənlərin özlərini dəmisralayıram, sözə çevirirəm, yazılarıma gətirirəm. Yazıları da ki,oxuyanlar oxuyur və bəzən də oxuyanlar oxumayanlara da deyirlər. Onda yenə söhbətin mövzusu biz oluruq... onda yenə sənideyirlər, məni deyirlər...

Yəqinki, yazının bu nöqtəsinə qədər günahkarın kim olduğunu, niyə bizi dediklərininsəbəbini az-çox təxmin etdiniz. Bunun üçün hər birinizə minnətdaram. Amma bilinki:


Sönüriçimdəki şam

Qaranlığaçökürəm...

Günahlarıbu axşam -

Dizimüstə tökürəm...


Çeşidləməkistəyim

Bircəanda daş olur...

Günahlarınüstünə -

Kirpikdamır, yaş olur...


Acılarındadını

Dil-damağımhissedir...

Nəmdideyə günahlar -

Ürəkyaman his edir...


Bəli,bütün hallarda, bütün yerlərdə və məqamlarda gerçək gerçək olaraq qalır. Onu nəqədər gizlətməyə çalışsan da, gün işığı kimi bir yerdən vurub çıxır ortaya. Onagörə də bizim daldalanmağa, gizlənməyə,özümüzü və duyğularımızı pərdələməyə vəgizlətməyə cəhdlərimiz küləklədöyüşmək kimi bir şeydi. Bunabiz nahaq cəhd edirik. Görünən onsuz da görünür!.. Və bizim bəlkə də görünən oduyğularımız bizim sevgimizin göy üzündən gəldiyinə bir işarədir. Yəni dünyanıno biri üzündən Tanrı mələklərinin yanındanqopub gələn sevgidi bu - özümüzə, bir-birimizə, doğmalarımıza və nəhayət,dünyanın bu üzünə!..

Elə yazımı dadünyanın bu üzüylə bağla misraladığım fikirlərlə, daha doğrusu, həmişəki kimiyenə sənə yazdığım, sənə aid olan şeirlə bitirmək istəyirəm. Mən yazmışam ki:


Dərə çəkəndumanam

Ümid sızangümanam...

Çətin qallam,yubanam -

Dünyanın buüzündə...


Haqqa açıq əlimlə

Ürək adlı dəlimlə...

Çökdüm"gedim gəlimlə" -

Dünyanın buüzündə...


Gün günüqatarlayıb

Gör neçə qattarlayıb...

Həsrətimcadarlayıb -

Qalmayıb suüzündə!..


Ruhum əlləşirgöylə

Dinlə məni biröynə...

Şeirimi suyasöylə -

Həm də ki, yu,üzündə...


Hə, indi özünfikirləş, kimdən deyirlər, daha dəqiq kimi deyirlər - Səni və Məni! Yəni bizi!Ona görə də bizi deyənlərin haqlı olduğuna inandınmı? Ümumiyyətlə, şübhənqalmadı ki? Öz-özünə deməyəcəksən ki, səni deyirlər, məni deyirlər! Niyə?!


TƏQVİM / ARXİV