adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Oktyabr 2018 15:54
4367
MƏMLƏKƏT
A- A+

YAP ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, yığıncaqda Dövlət Komitəsinin rəhbərliyi, YAP üzvü olan əməkdaşlar və YAP Nəsimi rayon təşkilatının aparat rəhbəri iştirak edib.

İclasda ərazi ilk partiya təşkilatının hesabatı dinlənilib. Gənclərin partiya sıralarına cəlb edilməsi, müvafiq vaxtlarda iclasların keçirilməsi və gündəlikdə duran digər məsələlər müzakirə olunub. Daha sonra seçki məsələlərinə baxılıb.

Səsvermə əsasında Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri Ruslan Quliyev ərazi ilk partiya təşkilatının sədri, Hüquq təminatı, ümumi və kadrlar şöbəsinin müdiri Ceyhun Abbasov isə sədr müavini seçilib.