adalet.az header logo
  • Bakı 7°C
21 Oktyabr 2018 12:44
23929
ŞOU-BİZNES
A- A+

Məşhur şoumen əməliyyat olunacaq

Türkiyənin tanınmış şoumeni Məhmət Əli Ərbil növbəti dəfə əməliyyat olunacaq.

Adalet.az xəbər verir ki, bu barədə onun həkimi Semih Halezeroğlu məlumat verib.

Onun sözlərinə görə, Məhmət Əli Ərbilin iki sümüyü ciddi şəkildə zədələnib: "Ümumilikdə isə 3-4 sümüyündə qırılma var. Daxili qanama tamamilə dayandırılıb. Həyati təhlükəsi yoxdur. Ancaq dörd gün sonra yenidən əməliyyat olunacaq”.

Qeyd edək ki, Məhmət Əli Ərbil oktyabrın 18-də axşam saatlarında yaşadığı evin hamamında yıxılaraq ağır xəsarət alıb. Döş qəfəsinə qan toplanan və bədənində qırıqlar olan aparıcı əməliyyat edildikdən sonra reanimasiyaya yerləşdirilib.