adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 18:43
471061
DÜNYA
A- A+

150 ovçunun 10 ay axtardığı pələng öldürüldü

Hindistanın qərbində yerləşən Maharaştra əyalətində son iki ildə 13 nəfəri öldürən dişi pələng ələ keçirilib.

Adalet.az xəbər verir ki, heyvan haqları müdafiəçilərinin etirazlarına baxmayaraq, Hindistan Ali Məhkəməsinin "görüldüyü yerdə öldürülsün" qərarını verdiyi pələng 150 özəl ovçudan ibarət qrup tərəfindən 10 ay davam edən axtarışlardan sonra öldürülüb.

Qeyd edək ki, məhkəmənin qərarından sonra ölkənin məşhur ovçuları Ali Xan, Navab Şafat dişi pələngi axtarsalar da, bir nəticə əldə edə bilməmişdilər.