adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 14:17
4990
GÜNDƏM
A- A+

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfərə gedib.

Adalet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlət başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.

Dövlət başçısı türk əsgərlərini salamlayıb.