adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 12:20
10676
DÜNYA
A- A+

Sakaryada ƏMƏLİYYAT - İŞİD-in 7 üzvü saxlanıldı

Türkiyənin Sakarya vilayətində xüsusi əməliyyat keçirilib. Adalet.az-ın məlumatına görə, keçirlən əməliyyat nəticəsində İŞİD terror təşkilatının 7 üzvü saxlanılıb.

Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır.

Əməliyyat çərçivəsində saxlanılanların mənzillərinə baxış keçirilərkən oradan həmin şəxslərin Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşdüklərini sübut edən sənəd və videomateriallar aşkar edilib.

Əməliyyatla bağlı başqa detallar açıqlanmayıb.