adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 00:33
8385
GÜNDƏM
A- A+

YEDDİ CİLDLİYİN ARDI

Azərbaycan ədəbi ictimaiyyətinin yaradıcılığını və şəxsiyyətini yaxşı tanıdığı, böyük dəyər verdiyi, filologiya elmlər doktoru, professor, yazıçı-publisist, dəyərli ziyalı Qəzənfər Paşayevin yeddi cilidliyinin davamı gəlib. Necə deyərlər, "Yeddi cilidlik" axarlı olub. İndi kitabın daha üç cilidi işıq üzü görüb.
Əvvəlki cilidlərdə olduğu kimi, VIII,XIX-X-cü cilidlərdə də Qəzənfər müəllimin son illərdəki yaradıcılıq nümunələri toplanmış, həmçinin onun barəsində elm xadimlərinin, mədəniyyət, ədəbiyyat adamlarının fikrləri yer almışdır. Cilidlərdə maraqlı bir məqam da ondan ibarətdir ki, hər cilidin sonunda əvvəlki ənənə saxlanılır. Yəni buraya Qəzənfər Paşayevin bu günə kimi işıq üzü görmüş kitablarının üz qabıqlarının rəsmləri və eləcə də müəyyən biblioqrafiya əlavə olunub. Bu da oxucuya imkan verir ki, Qəzənfər Paşayevin bütün yaradıcılıq mətbəxi ilə tanış olsun və adları göstərilən əsərlərin nəşr olunma tarixi, nəşriyyatı barədə bilgi əldə etməklə oun tapıb mütaliə etmək imkanı qazansın.
Demək olar ki, artıq Qəzənfər Paşayevin yaradıcılığının on cildliyi külliyyat halında yazı masamızın üzərində və yaxud da kitab rəflərimizdədir. Hər kəs on cildliyi tapıb yararlana bilər. Biz isə öz növbəmizdə dəyərli alimimzə çox böyük yaradıcılıq arenası olan yazıçı-publisistimizə daha böyük uğurlar, xüsusilə can sağlığı arzu edirik. On cildliyiniz mübarək, Qəzənfər müəllim!