adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 00:31
3889
GÜNDƏM
A- A+

İCTİMAİ FƏAL

(əvvəli ötən sayımızda)

Oradan İlyas müəllim bir "Mersedes"lə yola salıb, geri qayıtdılar... Xəstəxanada Urman müəllimi bütünlükdə sarğı içində gördü. Ağır vəziyyətdə gileylənirdi:
- Ay Əlisəfa müəllim, mən səhərki tədbirinə hazırlaşır, özüm üçün əyin-baş düzəldirdim... Gör nə pis oldu... İllərlə topladığım kitabxanam da yandı... Sənin kitabların da...
İstər-istəməz ona təsəlli verəsi oldu:
- Şükür, sağsınız... Qalan hər şey düzələr. Sizə özüm kitablar verəcəm...
Sonradan sanki hər şey yaddan çıxdı. Hər dəfə Urman müəllimi görəndə həmin söhbət yadına düşür, lap sıxılan kimi olur. Kitablar ona qurbandır. Nə vaxt, nə qədər istəsə...
65 illik tədbiri Heydər Əliyev mərkəzində planlaşdırılmışdı. Sonradan Atakişili kənd orta məktəbinin müasir binasının zalına dəyişdirildi. Sonradan eşitdi ki, guya təmir bəhanədi. Hətta Yaqut Əşrəfova buna görə başçı ilə söz-sözə gəlib. Ancaq bu barədə ona bir kəlmə də olsun söz deməmişdi. Sadəcə olaraq tədbiri aparanda Yaqut Əşrəfovanın bir qədər həyəcanlı olması onu şübhələndirmişdi. Sonradan elə özünə də dedi:
- Onda siz bunu mənə desəydiniz, o tədbir keçirilməyəcəkdi!
Arzu edirəm ki, kaş bütün qadın, qızlarımızda Yaqut xanım Əşrəfova fəallığının müəyyən qismi olsun. Onun kimi hər işdə fəal, kütləyə, camaata yararlı olsunlar! Sözsüz ki, bu ilahi bir eşq, vergidi! Yoxsa hər adam bu qabiliyyətdə, həyata belə bağlı ola bilməz! Qoy qəlbinin odu, hərarəti sönməsin, bacım! Sənə daha böyük uğurlar!

Əlisəfa Azayev