GÖYÇAY: MÜASİRLİYİN AZƏRBAYCAN REALLIĞI
Bu günün Göyçayından söhbət açarkən, əvvəlcə mütləq olaraq mühüm bir məsələni xatırlamaq, müqayisə aparmaq zərurəti yaranır. Ərazisi kiçik, əhalisi çox olan nadir rayonlardan biri kimi Göyçayın özünəməxsusluğu həmişə diqqət mərkəzindədir. Hər yerdə olduğu kimi, burada da insanlar çalışır, kənd təsərrüfatı, sənaye, ticarət və digər sahələr inkişaf edir, əhalinin rifah halı yüksəlir. Rayon mərkəzindəki, şəhədəki sıxlığın normal istiqamətlərə yönəldilməsi əlavə tədbirlərə, dövlət qayğısına təlabatı da artırır. Problemlər də olur, hətta lokal təbiət hadisələri də baş verir. Ancaq bunlar Göyçayın gündəlik həyatında ümumi ritmi, düzəni qətiyyən poza bilmir. Onda bura adlı-sanlı Göyçay olmazdı ki! Əbəs yerə Göyçaya Şirvanın şah əsəri demirlər ki! Çinarlar şəhəri, güleyşə narın vətəni, həm də Həbibinin, Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Əli Kərimin, Anarın... şöhrətləndirdiyi Göyçay!
...Bəli, Azərbaycanın hər yerində olduğu kimi Göyçay rayonunda da aparılan genişmiqyaslı tədbirlər diqqəti cəlb etməkdədir. Rayondakı inkişaf son illər daha intensiv xarakter alaraq idarəetmənin və quruculuğun nümunəsinə çevrilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlarından ruhlanan göyçaylılar gələcəyə daha böyük inamla baxırlar. Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin də yaradıcı iş üslubu və yorulmazlığı, sakinlərlə müntəzəm ünsiyyəti, bu mənada əhali tərəfindən rəğbətlə qarşılanır.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr haqqında ümumrayon yığıncağında məruzə və çıxışlar dinlənilmişdir. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin məruzəsində vurğulandığı kimi dövlət başçısı iclasdakı çıxışında qeyd etmişdir ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlində qarşıya qoyulmuş bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır. İqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Cari ilin doqquz ayında ümumi daxili məhsul 0,8 %, qeyri-neft sektoru 1 %, sənaye istehsalı 2 %, qeyri-neft sənayesi isə 10,8 % artmışdır. Kənd təsərrüfatında doqquz ayda artım 4,3 % olmuşdur. İnflyasiya 2,6 %, əhalinin gəlirləri isə 9,5 %-dir, yəni gəlirlər inflyasiyanı üstələyir. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur ki, bunun da 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda ölkənin valyuta ehtiyatları 45 milyard dollara çatıb. Təkcə cari ilin doqquz ayında əlavə 3 milyard dollar vəsait yığılmışdır.
İclasda dövlət başçısı Nazirlər Kabineti qarşısında iqtisadi sahədə islahatların daha da dərinləşdirilməsi, xüsusi ilə vergi və gömrük sistemində islahatların davam etdirilməsi, şəffaflığın tam təmin edilməsi, iqtisadiyyatın rəqabət qabilliyyətinin artırılması, qeyri-neft sektorunun inkişafı, sənaye parklarının və məhəllələrinin yaradılması prosesinin davam etdirilməsi, kənd təsərrüfatının, xüsusən pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, meyvəçiliyin, baramaçılığın daha da inkişaf etdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və mövcud problemlərin aradan qaldırılması ilə bağlı yeni vəzifələr müəyyənləşdirilmişdir.
M.Səlimzadənin məruzəsində deyildiyi kimi 2018-ci ilin doqquz ayında rayon üzrə əsas iqtisadi göstəricilərin yerinə yetirilməsi istiqamətində əməli tədbirlər görülmüş, yanvar-sentyabr aylarında rayon iqtisadiyyatının əsas sahələri üzrə 207,8 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Rayonun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 23,5 milyon manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Cari ilin doqquz ayında aqrar sahədə daha çox uğurlar əldə edilmiş, 22,1 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin əkini aparılmışdır. Cari ildə 14,7 min hektar sahədə taxıl biçilmiş və 42,7 min ton məhsul toplanmışdır ki, bu da 2017-ci ilə nisbətən 721,6 ton çoxdur. Taxılın məhsuldarlığı 0,8 sentner artaraq 29,0 sentner təşkil etmişdir. Oktyabr ayının 1-dək kənd əməkçiləri tərəfindən 8755 hektar sahədə şum qaldırılmış, 305 hektar sahədə payızlıq bitkilərin əkini aparılmışdır. Ötən ilin müvafiq dövrünə nibətən ət, süd, yumurta istehsalı, mal qaranın və qoyunların baş sayı artmışdır. Bütövlükdə hesabat dövründə kənd təsərrüfatında ümumi məhsul istehsalı 89,2 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1,8 % çoxdur.
(ardı gələn sayımızda)
Məzahir ƏHMƏDZADƏ
Digər Xəbərlər
18 Mart 2024 19:10
Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir
18 Mart 2024 19:07Ramazan ayının 9-cu günü: Dua, imsak və iftar vaxtı...
18 Mart 2024 18:44Dərman vasitələrinin farmakonəzarət qaydası dəyişdi
18 Mart 2024 18:30BMTM işçilərinin say həddi və əməkhaqqı fondu artırıldı
18 Mart 2024 18:25