NATO İRİMİQYASLI TƏLİMLƏRƏ BAŞLAYIR
Lavrov: "NATO-nun böyük müharibəyə yol verməmək üçün "ağılı çatar""
NATO soyuq müharibə dövründən bəri oktyabrın 25-dən noyabrın 7-dək Norveçdə ən genişmiqyaslı təlimlərə başlayacaq. Alyans rəsmilərinin bildirdiyinə görə, təlimlər Rusiyaya NATO-nun Moskva tərəfindən hər hansı hücumu dəf edə bilmək qabiliyyətinə malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır. Trident Juncture adı verilən hərbi təlimlərə 31 ölkənin 50 min nəfər əsgəri qüvvəsi, yüzlərlə təyyarə və gəmilərdən ibarət müxtəlif hərbi texnikası cəlb edilib. NATO-nun Birgə Müttəfiq Qüvvələrinə rəhbərlik edən admiral Ceyms Foqqonun sözlərinə görə, bu təlimlər alyansın nəzəriyyədə xəyali ölkə tərəfindən "hücuma" cavabının simulyasiyası xarakteri daşıyır.
Lakin manevrlər Rusiyanın Vostok hərbi oyunlarından sonra Moskvanın qonşularından biri olan ölkənin ərazisinə böyük sayda hərbi qüvvənin cəlb olunmasını nəzərdə tutur.
Bu məqsədlə Avropa mətbuatı, həmçinin "Le Figaro" qəzeti rəsmi Moskvanın bu təlimlərə münasibətini öyrənmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova "NATO bununla Avropada üçüncü dünya müharibəsinin başlanması üçün təhlükə yaratmırmı" sualını ünvanlayıblar. Sergey Lavrov isə hesab edib ki,hər halda NATO-nun böyük müharibəyə yol verməmək üçün "ağılı çatar". Lakin Rusiya ilə normal dialoq olmadan hadisələrin qərəzsiz riskləri xeyli artıb. "Düşünürəm vəziyyəti bu həddə çatdırmamaq üçün hamının kifayət qədər ağlı var. Amma, əlbəttə ki, Rusiya hərbçiləri və NATO arasında hər hansı peşəkar dialoqun tam olmaması bizi çox narahat edir"- deyə jurnalistlərin sualını cavablandırıb. Nazir onu da xatırladıb ki, Rusiya ilə NATO arasında son iki ildə üç dəfə görüş olub, özü də heç bir nəticə olmadan. "NATO sanksiyaları daha da sərtəşdirmək üçün bizi dünyada baş verən müəmmalı ölümlərdə, ukraynalı qonşularımızın şıltaqlığına dözümsüzlükdə günahlandırırlar ki, həmişə tənqid atəşi altında olaq. Alyans nümayəndələri bizimlə yalnız Ukrayna məsələsini müzakirə etməyə hazır olublar.
NATO-nun Rusiyayla dialoqa getməməsinə səbəb ABŞ-ın bizə qarşı tətbiq etdiyi sanksiyaların təsirindəndi. Aydındır ki, NATO ABŞ olmadan heç kimə heç nə edə bilməz".
"İndi Ukrayna Azov dənizinə birgə təlim keçirilməsi məqsədilə NATO-nu dəvət etmək istəyir, amma bizim razılığımız olmadan bu mümkün deyil , çünki bizim Ukrayna ilə Azov dənizinə hərbi gəmilərin keçidi ilə bağlı qarşılıqlı razılıq müqaviləmiz var".
NATO-nun Norveç təlimlərini müşahidə etmək üçün Rusiya və Belarusdan hərbi müşahidəçilər dəvət edilib. Bu, NATO-nun Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra ən genişmiqyaslı hərbi təlimləri olacaq. Lakin bu təlimlər Rusiya və Çinin keçən ay keçirdiyi Vostok hərbi manevrlərindən həcmdə daha kiçik miqyaslı təlimlərdir.