adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2018 10:12
12922
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ALLAHIM

Yazmısan bəxti - sildirmə ,
Heç yerdə demə - bildirmə.
Dərdi üstümə güldürmə -
Qoy özüm -özümə gülüm ,-
Allahım...

Kirpiyim hörülüb bir - bir
"Hörükdən " süzülən sir -bir.
Sirrimi dediyim pir - bir -
Qoy özüm sözümə gülüm, -
Allahım...

Çiynimdə oturub mələk ,
Ruhumdu dərdimə bələk...
Məni karıxdırma , fələk !
Qoy özüm dözümə gülüm, -
Allahım...

İçimdə bir iç öldürdüm ,
Dərdin ilxısın böldürdüm...
Özüm özümü söndürdüm -
Özüm də közümə gülüm,
Allahım!