adalet.az header logo
  • Bakı 7°C
18 Oktyabr 2018 19:58
8215
DÜNYA
A- A+

Moldova avrointeqrasiyadan imtina etdi

Moldova parlamenti ikinci oxunuşda konstitusiyaya avrointeqrasiya haqqında bəndin salınması barədə qanun layihəsini qəbul etməyib.

Adalet.az xəbər verir ki, qanun layihəsinə sosialistlər, kommunistlər, liberallar və liberal demokratlar səs verməkdən imtina ediblər. Layihənin lehinə cəmi 54 deputat səs verib. Qanun layihəsinin qəbul edilməməsinə səbəb yetərsayın (67 səs) təmin edilməməsi olub.

Jurnalistlərə açıqlama verən Moldova parlamentinin spikeri Andrian Kandu bildirib ki, qanun layihəsinin təsdiqlənməməsinə liberal və liberal-demokrat fraksiyalarından olan 13 deputatın səsvermə zamanı iclas zalını tərk etməsi səbəb olub:

"Bu, Avropa gələcəyi üçün şans idi. Biz avrointeqrasiya ilə bağlı referendum təşəbbüsü imkanlarını nəzərdən keçiririk. Yəqin ki, o, parlament seçkisinin baş tutacağı tarixdə (24 fevral – red.) keçiriləcək”.