adalet.az header logo
  • Bakı 20°C
18 Oktyabr 2018 14:39
13874
KRİMİNAL
A- A+

Qətlə yetirilən kişinin meyiti kanaldan tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Xəlfəli kəndində 1988-ci il təvəllüdlü Gülbalayev Natiq Mikayıl oğlunun meyitinin tapılaraq su kanalından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri N. Gülbalayevin meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər.Əməliyyat başa çatıb.

Qeyd edək ki, DİN-in yaydığı məlumata əsasən, N. Gülbalayev İmişli rayon sakini Aqşin Astanov tərəfindən qətlə yetirilərək cəsədi kanala atılıb.