adalet.az header logo
  • Bakı 18°C

Vandam güclüdür, yoxsa? - Eminquey yazır

EMİNQUEY AKİF
56285 | 2018-10-18 12:21

Vandam güclüdür, yoxsa?

Uşaq vaxtı bizi girinc edən suallardan biri də buidi.

Nəymiş? Oymuş ki, heç nə. Uşaq qafası.

Amma sizəbir şey deyim, hamı kimi, hər şey kimi suallar da mahiyyətcə böyüyürlər. Uşaqvaxtı bizə gülünc görünən bu sual da böyüyüb, xəbəriniz var?

Bir çay süzün özünüzə, mən də acı şokolad kimi biryazıya başlayım.

Bu cüvəllağısuala cavab verməmişdən qabaq onu ərz edim ki, dünyanın hər bir yerində bayağıadamlara, mahnılara və sairələrə maraq ciddi işlərə maraqdan daha çox olur. Buməlum. Amma məncə bayağılığın da öz keyfiyyət bölgüsü var. Burdan belə birçıxarış edim – "yaxşı bayağılıq”dır.

Məsələn,bir müddət bundan qabaq "Səni deyirlər” mahnısı şıdırğı bir gündəm yaratdı.Bütün Azərbaycan əhli bu mahnıya qol-qanad açıb oynadı. Bu mahnının yarandığıcoğrafiyanın Cənubi Azərbaycan olduğunu, oradakı soydaşlarımızın vəziyyətini nəzərəalıb biz də bu kütləvi bayağılığa əl çaldıq. Ki, bunun mahiyyəti başqadır. Bu,azərbaycanlıların sakit və mədəni formada birliyini göstərdi deyə bayağılığınatoxunmaq bu birliyə qarşı çıxmağa bərabərdir. Yəni bu, yaxşı bayağılıqdır.

Amma baxaq görək ki, insanların diqqətini çəkənləryaxşıdırlarmı?

Götürək,instagramda 500 min izləyicisi olan Kamil Zeynallını. Bu sətirləri yaza-yaza bədəniməəsməcə düşür, amma eybi yox, incəsənət qurban tələb edir. Kamil Zeynallının hansı qeyri-adiistedadı var ki, adamı 500 min izləyir? Nəyini izləyirlər axı? Qıllı, döyməli bədəninişişirtməyini, yoxsa o pub, bu çayxana gəzib reklam eləməyini? Yaxud da kasıbailələrə iki sellofan ərzaq alıb, yardım edib, sonra onu lentə alıb camaatıngözünə soxmağınımı?

Möhkəm durmalıyam.

Kənan bəy də tez-teztəpiyini yuxarı qaldırıb insanlara göz qorxusu gəlir.

Kənan MM-in profilinə rast gəldim. Çox süni vəutancverici idi. Adamda elə bir eqo var ki, kim MMını bəyənmirsədeməli anasını, bacısını tanımır. Özünə gələn 5-6 təşəkkür mesajını skrin edibpaylaşır. Bir də diqqətimi çəkən paylaşımlarının əksəriyyətində "peysər"söyüşü, iynə və yumruq smaylikləri oldu. Guya bu demək istəyir ki, iynənizivuraram, ağıllı olun. Bu adama nə iynəsi vurub belə şişirtdilər? Adam haça-paçaqalıb incəsənətlə vorzakonluq, dindarlıqla şou-biznesin arasında, özündən xəbəriyoxdur. Çox ciddi narahatam. Xüsusən də yazdığı "şeir"lərə görə. Onun şeirləri dəqolu zorludur. Dövrümüzün dahi şairi Kənan MM deyir ki, "Ürəyimdən vurubdurma, Gülüm, başqa tərəfə keç". İki fərziyyə var. Ədəbiyyatçıların birqismi deyir ki, şair bu şeiri trenajor zalında vurulduğu bir xanıma ithaf edib.O biri qismi də deyir ki, xeyr. Şair yaşadığı dövrdə baş verən haqsızlıqlaraqarşı "gülüm" deyərək xitab edib ki, başına problem açılmasın. Həttabəzi radikalllar deyir, şair bu misraları yazmayıb, bədahətən deyib. Belə ki,özündən güclü adamlarla davada çarəsiz qalan şair "gördün zorlayırlar, həzzal" prinsipinə uyub bu misraları bağırıb. Hər halda şairin bumisralarından qan qoxusu gəlir və məncə, bu qan yerdə qalmayacaq.

Kənan MM-lə bir müddət bundan qabaq mesajlaşmışdıq.İnstagramda böyük səhifələrdən biri onun haqqında yazdığım statusu paylaşmışdı,Kənan da görüb, məni tapıb ki, başa salsın. Yazışma uzundur, amma qısası deyimki, Kənanın kobud üzündən başqa mülayim üzü də var. Açığı bu qədər adekvatreaksiya gözləmirdim ondan. O dedi ki, əslində çox mehriban adamam, quyruğumutapdamasalar heç kimlə işim yoxdur, kim tapdasa başını əzərəm. Atəşlə oynama. Obunu yazanda yumruğunu başımın üstündə hiss elədim. Nə yalan deyim. Cavabında,"döymək istəyirsənsə çağır, gəlim" dedim. Sonda çox mehribansağollaşdıq. Son sözü bu oldu ki, bizim bir düşmənimiz var, o da ermənidir, vəssalam.Qələm adamısan, sənin kimi qələm əhlinin belə bir fikir yazması məni üzdü. Bizkişiyik, nəsə qulluğun olsa yanındayam. Əgər kriminal hekayən olsa yolla,oxuyum film çəkmək üçün ehtiyacım var. Öpürəm!

İndi əziz düşmənlərim,özüm də başınızı əzə bilərəm, Kənan bəy də arxamdadır. Ağıllı olun!

Haşiyəyə çıxmaq istəyirəm.

İnstagramlafeysbukun fərqi bilirsiniz nədədir?

İnstagramda yüz minlərlə izləyicisi olan adamlar"beyni var, fikri yox" tiplərindəndir. Məsələn, instagramda birprofil açıb iki dənə ləzzətli qız şəkli qoysanız, bir gecəyə minlərlə izləyicinizolar. İnstagramda böyük kütləsi olanlar feysbukda aciz qalırlar. Çünki buadamların yalnız gəzib-tozduğu yerlərlə, bahalı restoranlarla, geyimlərlə,maşınlarla olan şəkillərindən başqa şəxsi düşüncələri yoxdur. Lap müğənnisindəntutmuş aktyoruna kimi. (təbii ki istisnalar var) Onlara belə xoşdur, onlarhansısa ictimai müstəvidə baş verən hadisələrə mövqe qoyub izləyici itirməyəcəklərki. İnstagram izləyicisi ilə feysbuk izləyicisi arasında da uçurum var. Məsələn,şairlər, yazıçılar, elm adamları instagramda cinlər diyarına düşmüş qəribdirlər.İnstagramda fikrə yox, şəkilə önəm verilirkən bu qəriblər hansı bahalılıqlarınıgözə soxsunlar?! Bahalı bir şeyləri var, fikirləri, sözləri, o da instagramdakeçmir.

Gələk mətləbə...

Vandam kimdir?

Bu adam nə danışdığını bilməyən, rus dilində iki-üçcümlə bilən və dəqiqəbaşı bu cümlələrdən istifadə edən, gic-gic tullanıb düşən,təpik qaldıran, şpaqat açan, yumruğ sıxan adamdır. İnstagramda özü kimi 40 minsəydərəş adam da bunu izləyir, gülür, alqışlayır bu binəvanı. Niyə də, niyə?Ömrünün hər dəqiqəsi qızıldır, niyə bu dəyərli vaxtını bu bayağıdan da aşağıbir adama xərcləyirsən? Ey 40 min izləyici! Hələ bunu tv-lərin birinə qonaqkimi də çağırıblar, aparıcı xanım da qoşulub buna, şpaqat açıb. Açığıteleviziyamızın bundan aydın mənzərəsini heç harda görməzsiniz. Eləkanallarımız da qazanc və reytiq arasında haça-paça qalmış durumdadır.

Hə, deməli, bizim busual bəy əməlli-başlı böyüyüb, keçib xirtdəyimizə. Nə qədər fərqli adlardaVandamlar var, özünüz ki, yaxşı bilirsiniz. Sosial şəbəkəni, televiziyanıalıblar qoltuqlarının altına, nəfəsimizi kəsməklə məşğuldurlar. İndi təslimmiolaq?

Siz deyin, Vandamgüclüdür, yoxsa?


TƏQVİM / ARXİV