adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Oktyabr 2018 11:45
4907
HADİSƏ
A- A+

7 evdən 20 minlik qızıl aparan şəxs tutuldu

Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib.

Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarının oğurlayaraq maddi ziyan vurması müəyyən edilib. Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib. Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.