adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
18 Oktyabr 2018 10:58
15054
İQTİSADİYYAT
A- A+

Azərbaycanda otellərin onlayn reytinqi qurulacaq

"Azərbaycanı keyfiyyətli turizm brend kimi tanıtmaq ssas hədəfdir"

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Sengstschmidt deyib. O bildirib ki, ölkədə turizmi inkişaf etdirmək üçün yeni bazarlara çıxılmalı, bütün potensialdan geniş istifadə olunmalıdır.

F.Sengstschmidt, həmçinin qeyd edib ki, yol strategiyasından ilhamlanaraq 9 sütün üzərində dayanaqlı turizm strategiyası hazırlanıb: "Buna uyğun olaraq otellərin onlayn reytinqi qurulacaq. Tarixi qoruqlardan səmərəli istifadə ilə bağlı ilk layihə Basqaldır. Hazırlanan plana əsasən Yanardağda 2019-cu ildə sərgi mərkəzi açılacaq. Şahdağda mövcud infrastruktur genişlənir. 24 saat ərzində "Qaynar xətt", informasiya texnologiyalarından istifadə turizm üçün ən vacib alətdir. Bu il Quba-Qusar regionu və Şəkidə iki turizm menecment bürosu açılacaq".