Əbülfət MƏDƏTOĞLU: SÖZÜN ZABİTİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
52296 | 2018-10-17 17:49

Öncədən deyimki, az qala 20 ilə yaxın idi ki, onunlagörüşmürdüm. Bir az da dəqiq desəm, ötən əsrin 91-ci ilindən başlayaraqmən onunla ancaq qiyabi təmasda oldum. Sözünü-söhbətini eşitdim, mətbuatdayazılarını oxudum və bir də çox dəyərli şairəmiz, artıq oxucu yaddaşına adınımöhürləmiş Kəmalə xanım Abıyevanın vasitəsilə onun durumundan xəbər tutabilirdim. Bizi içərisində olduğumuz həyat və Azərbaycan reallıqlarıbir-birimizdən uzaq salmışdı. Belə ki, mən Dağlıq Qarabağda, o isə cəbhənin Ermənistanlaüzbəüz istiqamətində vətəndaş missiyasını yerinə yetirirdi.

Bir məqamıxatırlatmaq istəyirəm. Dağlıq Qarabağ hadisələri başlananda artıq məndoğulduğum bölgədə fəaliyyət göstərirdim. Ona görə də paytaxtla, buradakı dostlarla əlaqəm o qədərdə sıx deyildi. Sonra Müdafiə Nazirliyimizə müraciət etdim və mərhumgeneralımız Valeh Ərşadlının əmrilə həqiqi hərbi xidmətə çağırılıbzabit-jurnalist kimi cəbhə müxbiri vəzifəsinə təyin edildim.

Əmrdə mənəDağlıq Qarabağ və ona bitişik

rayonlar üzrə vəzifənin icrası tapşırılmışdı.Amma barəsində söhbət açacağım şair dostum Maşallah Məftun isə öncə MoskvadaMaksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirmişdi, sonra da, yəni1989-cu ildə isə o, Marşal B.M.Şapşnikov adına Hərbi Akademiyada təhsilalmışdı. O, hərbi təhsilli olduğu üçün 1993-cü ildə artıq Azərbaycan ordusundazabit kimi xidmət edirdi. Necə deyərlər, nəfəsi barıt qoxuyurdu. Bax, beləcəayrı düşmüşdük bir-birimizdən. İndi sual çıxır ortaya:

- Bizim şəxsitanışlığımızın səbəbkarı kim və ünvanı hara olubdu?

Yaşıdlarımxatırlayar, Sovet dönəmində Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin nəzdində ədəbibirlik fəaliyyət göstərirdi. Həmin birliyə mərhum şairimiz Vaqif İbrahim rəhbərlikedirdi. Bax, bizim də söz adamı olaraq tanışlığımız bu birlikdən başlamışdı.Sonrakı həyat da məlumdur...

Bütün bunlarıona görə xatırladıram ki, oxucu Maşallah Məftunun böyük bir ədəbiyyat yolukeçdiyinə, sözün, şeirin içində olduğuna əminola bilsin.

Birmənalı şəkildəqəbul etsin ki, Maşallah Məftun bu gün yazmağa başlamayıb. Onun müasir ədəbiyyatımızdadəsti-xətti, oturuşmuş imzası var.

Özü də bu imzasözə həm də bir hərbçi, bir zabit kimi elə sayğıyla yanaşır, elə xidmət edirki, onun qələmi kimi, sözü də şərəflənir. Bugünlərdə köhnə dostumun yenicə işıqüzü görmüş kitabını aldım. Daha doğrusu, redaksiyamıza qonaq gəlmiş Maşallah Məftunlaqucaqlaşıb, görüşüb söhbətləşən zaman ona xatırlatdım ki, bəs mətbuatdan xəbərtutmuşam, yeni kitabın çıxıb...

Maşallah Məftunda özünəməxsus təbəssümlə heç nə demədən əl çantasından bir kitab çıxardı. Və o kitaba cəmi-cümlətanıbir cümləlik aftoqraf yazdı:

- Əbülfət Mədətoğluya- Nurəngiz Günün işığıyla... Hörmətlə: Maşallah.

İndi soruşa bilərsinizki, niyə məhz "Nurəngiz Günün işığıyla"?

Bəli, Maşallah Məftunbu kitabını məhz Nurəngiz Günün doğum gününə, yubileyinə ithaf edib.

Kitabdakı şeirlərinhər birində Nurəngiz xanımın hənirini, ülfətini, səmimiyyətini elə rahatlıqladuymaq, ürəyə ən əziz müsafir kimi qəbul etmək olur ki, adamın heç ruhu daincimir.

Və bunun da bir səbəbi şeirlərin təkcə özününyazı tərzi deyil, həm də onun bilavasitə Nurəngiz Günə ithaf olunması, həm dəbu ithafın müəllifinin özünün Nurəngiz xanıma sonsuz ehtiramından irəli gəlir,qaynaqlanır.


Kitab "Güllərinsoyqırımı" adlanır. Kitaba ön sözü xalq şairi, hamımızın sevimlisi NərimanHəsənzadə yazıb. Nəriman müəllim vurğulayır ki, "Nurəngiz xanım özündənsonra qiymətli, ədəbi irs qoyub getmişdi... Oxuculara təqdim olunan "Güllərinsoyqırımı" poeması da elə əslində həmin irsin bir tədqiqatı kimi qiymətləndirilməlidir".Zənnimcə, bu fikrin özü artıq hər şeyi deyir. Oxucuya Maşallah Məftunun məramını,məqsədini açıqlayır. Və mən də həmin o məramın, məqsədin işığında "Güllərinsoyqırımı"yla baş-başa qalıram.

Mərmərlər üstündəşəkildə, adda...

Dünya vidasıyladoğulur insan.

Şeytanın,iblisin sığalı altda,

Bəlkə yeraltında boğulur insan.

Səbr kasamız dadaşdı- deyirlər

Axır ki, onu dakül eləyirlər.

Vida nəğməsilə əleləyirlər,

Sağ ikən gülömrü yaşayanlara,

Məzarlar üstünügül eləyirlər.

Proloqdangötürdüyüm bu bir neçə bənd məzarı gül-çiçəyə bükülmüş bir şairənin halalhaqqına işarədir. O haqqa ki, onun sahibi bu dünyada Tanrının qonaq bəndəsiolsa da, söz dünyasında izini açmış bir müəllifdir!

Bax, bu mənadaNurəngiz Günün obrazını yaratmaq elə həyatda, xüsusilə özünə aid sahədə izqoyanlara da bir abidədir. Maşallah Məftun yazır ki:

Tanrı güc verəcəksana,

Qaranlıqları sənyara-yara.

Bir günçıxacaqsan aydınlığa...

Zindanlar önündə

dizçökəcək bir gün.

ahularana ağuşuna

dönəcəkbir gün.

Kədərligözlərindən

Minbir sual boylanır,

zamansalama gəlir,

dövranyenə haylanır.

-Dua et Tanrıya -

Mübarəkolsun - de.

Açılansəhərlərə,

gələngünlərə,

qismətinə,

qoynur ələnsin...

Buparçada mən Tanrının əlini uzatdığı, hayına yetdiyi, yoluna işıq saldığı birzülmlə, əzablarla, haqsızlıqlarla vuruşan və onun qarşısında özü diz çökməyən,amma günü, zamanı, mübarizə apardıqlarını diz çökdürən bir Tanrı qonağınınobrazını görürəm.


Osima gözlərimin önündə təkcə əzabların, mübarizənin ifadəçisi kimi yox, həm dəqələbə nəşəsini əks etdirən bir varlıq kimi, bütövlük kimi canlanır. Bunu da Maşallah Məftun qələmi yaradır.Şair yazır ki:

-Eheyy...

-Eheyy...

ovcundasirr aparanım,

barmaqlarındaqabar,

ürəyiparam-param,

ürəyiyara-yaram.

Tanrıətəyindən bərk tut

dərdləriniazca unut...

Tanrısevgisi

onusevənlərindi.

Eləburadaca qeyd etmək yerinə düşər ki, poemada, yəni Maşallah Məftunun kitabındaNurəngiz Günün şeirlərindən gətirilmiş iqtibaslar kitab müəllifinin özqarşısına qoyduğu məqsədə doğru getdiyi söz yolunun istiqamətini də müəyyən mənadayönəldir, onu öz axarına salır. Yəni Maşallah Məftun məhz həmin iqtibasların çətirialtında dayanıb sözünü misralara çevirir. Bax, yuxarıda təqdim etdiyim o nərəyə,çağırışa, hayqırtıya bənzəyən misralar da məhz dediyim fikirdən qaynaqlanır.Ona görə də "Güllərinsoyqırımı" poeması mənim bir oxucu düşüncəmə görə, həm də NurəngizGünlə söhbətdi, onun sözlərinə qoşulub şeirə çevrilməkdi.

Mənbu fikrə həm də ona görə gəlirəm ki, iki hisədən ibarət olan poemanın birincihissəsində şair bütün fikirlərini daha çox İlahi ilə, Tanrıyla təmasda oxucuönünə çıxarır. Və vurğulayırki, onlar güllərin ilahəsinin tərənnümüdür. İkinci hissədə isəartıq həyatımız kimi, yaşamımız kimi Maşallah Məftunun fikir karvanı da qürubadoğru yön tutur. Və burda güllərin soyqırımının, həmin soyqırıma gedən yolunbütün ləngərləri misralanır.

Amma bu soyqırımözü ilə birlikdə həm də bir qisas abidəsini ortaya qoyur. Çünki o gülləriyaradan Tanrı həm də onun qoruyucusudur. Tanrı qoruyanı isə bəndə tarix səhnəsindənsilə bilməz.

Mən çox qısamüddətə tanış olduğum bu kitabla bağlı fikirlərimi isti-isti kağıza köçürməyəona görə qərar verdim ki, bu kitabın qəhrəmanı mənim də həyatımda müəyyən izlər qoyubdu.

Ona görə də hələlikilk təəssüratımı bölüşdürməklə yazını oxuyacağınız bu cümə axşamı günündə unudulmaz Nurəngizxanımın ruhuna, şəhidlərimizin adına dilimə bir dua gətirirəm:

- Məkanları cənnətolsun!

O ki qaldıbütövlükdə kitab barəsində düşüncələrimə, inşallah, onu da bir gün oxucularımatəqdim edəcəm.

TƏQVİM / ARXİV