adalet.az header logo
  • Bakı 7°C
17 Oktyabr 2018 16:58
20637
MARAQLI
A- A+

Sahibsiz küçə heyvanlarına həsr olunmuş fotosərgi keçirilib

"Education HUB"ın təşkilatçılığı ilə "İnkişaf Zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən "İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir. 

Proqram zamanı gənclər tərəfindən həyata keçirilən müxtəlif təşəbbüslərdən biri də "Real Əfsanələr" adlanır. "Sahibsiz küçə heyvanlarına qarşı olan biganəlik hissinin azaldılması və himayəyə götürülməsi” mövzusunda fotosərgi Caharşah Yaradıcılıq emalatxanasında baş tutub. 

Sərgidə sahibsiz küçə heyvanlarının fotoları izlənilib, onların hekayələrini və insanların heyvanların adından yazılan məktublar oxunub.