adalet.az header logo
  • Bakı 20°C
17 Oktyabr 2018 15:21
13967
KRİMİNAL
A- A+

Buzovnada evə basqın - 82 yaşlı qadını döyüb qarət etdilər

Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən "isti izlər”lə açılıb.

DİN-dən Adalet.az-a verilən xəbərə görə, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib. Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Araşdırma aparılır.