adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
17 Oktyabr 2018 15:14
14566
MARAQLI
A- A+

Bakı sakinləri idmanla məşğul olmur

Paytaxt əhli arasında idmansevərlər azlıq təşkil edir. Belə ki, sorğuda iştirak etmiş respondentlərin yarıdan çoxu idmanla məşğul olmadığını bildirib (57%). İdman etməyənlərin 60%-ni qadınlar təşkil edir. Kişilər nisbətən daha aktiv həyat sürür (46%). Ümumilikdə isə respondentlərin 43%-i idmanla məşğul olur.

Kişilər idmanla gündəlik məşğul olur (36%). İdmansevər qadınlar isə həftədə 2-3 dəfə idman etməklə kifayətlənirlər (41%).

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.