adalet.az header logo
  • Bakı 13°C
17 Oktyabr 2018 11:11
8682
İDMAN
A- A+

Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”

Çeçenistan lideri Ramzan Kadırov Konor Makqreqor-Həbib Nurmaqomedov döyüşündən sonra baş verən kütləvi davaya reaksiya verib.

Adalet.az xəbər verir ki, o "İnstagram” səhifəsində həmin dava zamanı Makqreqora arxadan zərbə endirdiyi üçün UFC döyüşlərindən kənarlaşdırılan Zubeyr Tuxuqovu dəstəkləyib.

"Zubeyr sən bilirsən kimsən və haradansan. Sən tək deyilsən, biz – sənin yerlilərin də səninləyik. Zubeyr "dünyanın ən yaxşı idman klubu olan "Axmat” sənin üçün ən yüksək səviyyədə döyüşlər təşkil edəcək. Hə, bir də.... Mən sənin Konora vurduğun o zərbəni gördüm. Bundan sonra, sənə hələ kəndimizdə öyrətdikləri kimi, sakit, qəfil və sərt vur. Elə vur ki, rəqib yerə sərilsin”.

Xatırladaq ki, Zubeyr Tuxuqov və Ramzan Kadırov əslən Tsentoroy kəndindəndir.